Azərbaycan neft hasilatının azaldılmasını dəstəkləməyə hazırdır » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Biləsuvarda avtomobildən külli miqdarda heroin aşkarlandı  |     22:24 Lənkəranda ev yanıb  |     22:14 Əsəb xəstəsi olan qadın oğlunu öldürdü  |     21:57 Direktor vəzifəsinə işə qəbul üzrə imtahan texniki nasazlıqla əlaqədar təxirə salınıb  |     21:41 “Əgər yoluxma artarsa, SMS icazə bərpa edilməlidir” - AÇIQLAMA  |     21:19 Azərbaycan Türkiyə ilə birgə film və seriallar çəkəcək  |     21:04 “Alpin” əmtəə nişanlı 23,760 kiloqram sümüksüz dondurulmuş hind quşu məhsulu məhv edilib  |     20:47 Rusiyada kişi kürəkəninin qətlini sifariş verdi  |     19:13 39 yaşlı İbrahimoviç İsveç millisinə qayıdır  |     18:40 Tərtərdə oğurluq edən şəxslər ələ keçdilər  |     18:23 Ötən il edilən oğurluqların üstü açıldı  |     18:00 Agentlikdən xəbərdarlıq: Dalğanın hündürlüyü 7,5 metrə çata bilər  |     17:57 Azərbaycanda bu avtomobillər bahalaşacaq  |     17:56 “Oba” marketdə nöqsanlar aşkarlandı  |     17:54 DİN-dən 8 Martda aksiya keçirmək istəyən qadınlara - Xəbərdarlıq  |     17:53 Karxanada başına daş düşən fəhlə öldü  |     17:38 Azərbaycanda koronavirusa yoluxanların sayı artdı  |     17:36 Heydər Əliyev Sarayına yeni mətbuat katibi təyin olundu - FOTO  |     17:32 Cəbrayılın Papı kəndindən görüntülər - VİDEO  |     17:08 İtkin düşən iki yaşlı uşaq xilas edildi - FOTO  |    

Azərbaycan neft hasilatının azaldılmasını dəstəkləməyə hazırdır
Azərbaycan OPEK və təşkilata daxil olmayan ölkələrin neftin hasilatına dair qərarı qəbul etdikləri halda, neft hasilatının azaldılmasına dair qərarı dəstəkləməyə hazırdır.

Median.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyev Davosda Dünya İqtisadi Forumunda bildirib.

“Biz neft hasilatını sutkada 35 min barelə qədər azaltmaq öhdəçiliyini qəbul etmişik. Bu öhdəçilik yerinə yetiriləcək. Proses artıq başlayıb. Biz OPEK və qeyri-OPEK iclaslarına dəvət edilmişik və iştirak etmişik və öhdəçiliklərimizi yerinə yetiririk”, - İlham Əliyev deyib.

“Hələlik hasilatı 35 min barelə qədər azaltmışıq, sonrasına baxarıq. Əgər hasilatın azaldılmasına dair əlavə qərar qəbul edilərsə, təbii ki, dəstəkləyəcəyik, çünki bütün ölkələrin bu prosesdə səmimi iştirak etməsi ilə həmrəyik”, - o əlavə edib.

Qəbul edilən qərarların uzadılması imkanlarına dair suala cavab verərkən İlham Əliyev deyib: “Bu, əvvəlki qərarın yerinə yetirilməsi nəticələrinə və qiymətin müəyyənləşdirilməsi dinamikasına görə qərar alınacaq. Əgər qiymət sabitləşərsə, düşünürəm, gələcəkdə hasilatı azaltmaq ehtiyacı olmayacaq”.

2016-cı il noyabrın 30-da OPEK bazarda qiymətin sabitləşdirilməsi üçün hasilatın 1,2 milyon barelə qədər azaldılmasına dair qərar qəbul edib. Dekabrın 10-da Vyanada keçirilən görüşdə OPEK-ə daxil olmayan ölkələr hasilatın 558 min barelə qədər azaldılmasına dair razılığa gəliblər. Saziş vaxtının uzadılması imkanı 2017-ci ilin ilk yarımilliyi üçün nəzərdə tutulub.

Yanvarın 21-22-də Vyanada neft hasilatının azaldılması haqqında razılaşmaya dair monitorinq üzrə Komitənin iclası planlaşdırılır. Komitəyə Rusiya, Oman, Venesuela, Küveyt və Əlcəzair daxildir. Komitəyə Rusiya və Küveyt başçılıq edir.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 014 19.01.17 12:47