Bakı sakinləri tikinti şirkətinin fəaliyyətindən şikayətçidirlər » Median.Az News Agency


Bakı sakinləri tikinti şirkətinin fəaliyyətindən şikayətçidirlər
Nəsimi rayonunun S.Əsgərova və Ş.Əzizbəyov küçələrinin, R.Behbudov küçəsi ilə Bülbül prospektinin kəsişməsindəki ərazidə “Gülüstan Rezidence” adlı çoxmərtəbəli yaşayış binasının tikintisi bu ərazidə yaşayan sakinlərin narahatlığına səbəb olub. Sakinlər tikinti işlərini həyata keçirən “RTZ” MMC-nin onların mülkiyyət və insan hüquqlarını pozduğunu bildirirlər.
Tikinti sahəsinə bitişik xüsusi mülkiyyətdə olan evlərin sahibləri çoxmərtəbəli yaşayış binasının tikintisi zamanı tikinti normalarının pozulması və evlərinin yararsız vəziyyətə salınmasını iddia edirlər. Və tikinti işlərinin onların həyatına təhlükə yaratdığını deyirlər.

Bakı sakinləri tikinti şirkətinin fəaliyyətindən şikayətçidirlər


Yaranmış vəziyyətlə bağlı sakinlər mərkəzi və yerli icra hakimiyyəti qurumlarına dəfələrlə şikayət ərizələri göndəriblər. Müraciətlər vətəndaşların şikayətçi olduğu “RTZ” MMC-yə göndərilib.
Sakin Rəsmiyyə Həsənova deyir ki, evlərinin qəzalı vəziyyətə düşməsi nəticəsində sıçanlar evlərə ayaq açıblar: “Kompensasiya məbləği bazar şərtlərinə uyğun deyil. Bizə yaşadığımız ərazidən deyil, başqa yerdən ev təklif olunur. “RTZ” MMC-nin direktoru Ayaz Nəzərova edilən müraciətlər isə baxılmadan qalır”.

Bakı sakinləri tikinti şirkətinin fəaliyyətindən şikayətçidirlər


Bakı Şəhər İcra Hakimiyyətinin 31 mart 2005-ci il tarixli, 79 nömrəli sərəncamı ilə Nəsimi rayonunun S.Əsgərova və Ş.Əzizbəyov küçələrinin, R.Behbudov küçəsi ilə Bülbül prospektinin kəsişməsindəki 391-ci məhəllədə mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün icarə əsasında torpaq sahəsi “RTZ” firmasının istifadəsinə verilib.

“RTZ” MMC-nin nümayəndəsi Vəkil Dəmirçanov “Bizim Yol”-a bildirib ki, Bakı şəhər Baş Planına uyğun olaraq şikayətçi vətəndaşların evləri sökülməlidir: “Biz də Bakı merinin sərəncamına əsasən mülkiyyət sahiblərinə şərtlərimizi təklif edirik.

Bakı sakinləri tikinti şirkətinin fəaliyyətindən şikayətçidirlər


Biz daşınmaz əmlak sahibinə evinin hər kvadratına görə 1500 manatla kompensasiya verəcəyimizi bildiririk. Bu təkliflə razı deyilsə, biz xüsusi mülkiyyət sahiblərini başqa ərazidə olan mənzillə təmin edəcəyimizi deyirik. Hansı şərtimiz onlara uyğundursa, biz ona hazırıq”.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 310 19.01.17 12:08