Məşhurlar dalağı və bir böyrəyi çıxarılan atasız qız üçün səfərbər oldular - VİDEO » Median.Az News Agency


Məşhurlar dalağı və bir böyrəyi çıxarılan atasız qız üçün səfərbər oldular - VİDEO
Bakıda 18 yaşlı tələbə qız ağır qəza nəticəsində sağlamlığını itirib. Dilarə Həsənovanın sağlamlığına qovuşması üçün həkimlər əlindən gələni edir.

Baku.ws-in məlumatına görə, ötən il dekabrın 18-də Turizm Universitetinin tələbəsi Dilarə Həsənovanı Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində maşın vurub.

Ağır bədən xəsarəti və kəllə-beyin travması alan D.Həsənova hazırda Bakıdakı özəl klinikalardan birində müalicə alır. Həkimlər onun dalağını və bir böyrəyini çıxarıblar. Prodüsser Tarix Əliyev (Tolik) həmin qıza baş çəkib və son vəziyyəti ilə maraqlanıb. Tolik bildirib ki, gənc qız həkimlərin səyi nəticəsində koma vəziyyətindən çıxıb.

Qeyd edək ki, Dilarənin sağalması üçün klinikanın xərclərini ödəməyə ailəsinin maddi imkanı çatmır. Tələbə qızın sağalması üçün maddi köməyə ehtiyac var. Prodüsser təşəbbüskar kimi çıxış edərək imkanlı və məşhur şəxsləri qıza maddi dəstək çıxmaq üçün klinikaya dəvət edib.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 315 18.01.17 16:59