Əvvəl pişik daddı, sonra insanlar - Bu kadrlar Bakıda çəkilib - VİDEO » Median.Az News Agency


Əvvəl pişik daddı, sonra insanlar - Bu kadrlar Bakıda çəkilib - VİDEO
Əvvəl pişik daddı, sonra insanlar. Paytaxtın Qaradağ rayonu Müşfiqabad qəsəbəsində bir nəfərin ət mağazasının qarşısında çəkib göndərdiyi video belə göstərir. Kadrlarda pişik yeni kəsilmiş qoyunun cəmdəyindən yeyir. Çəkən şəxs deyir ki, satıcı həmin cəmdəyi soyub satışa qoyub. Faktı əlaqədar idarənin əməkdaşları ilə yerində araşdırmışıq. Ortaya daha ciddi nöqsanlar çıxıb

Median.Az xezerxeber.az-a istinadən bildirir ki, qəssab qoyunu kəsdikdən sonra onu mağazanın qarşısına qoyub harasa gedib.

Bu zaman soyulmamış cəmdəyə yaxınlaşan pişik bağırsaqlarını yeməyə başlayır.

Görüntülər paytaxtı Qaradağ rayonu Müşfiqabad qəsəbəsində bir sakin tərəfindən çəkilib. Vətəndaşlardan biri qarşılaşdığı bu mənzərəni çəkib. Onun sözlərinə görə qəssab daha sonra gəlib pişiyi qovub və heöçnə olmamış kimi işinə davam edib. Cəmdəyi soyuq və satışa qoyub.

Anti-sanitar halı yerində görmək üçün Bakı şəhər baytarlıq idarəsinin nümayəndəsi ilə birlikdə həmin ət mağazasına baş çəkdik. Satıcı Sabit Dəmirov iddialarla razılaşmadı. Pişiyin qoyunun ətini yox dərisini yediyini deyərək özünü müdafiə etdi.

Satıcıdan hazırda mağazada satışa qoyduğı ətin sağlamlığını təsdiq edən sənədin olub-olmadığını soruşanda isə daha betər məqamlar üzə çıxdı.

Bakı şəhər 30 saylı Baytar sanitar ekspedisya labaratoriyasının müdiri Rıza Səfquluyev satıcının cərimə olunacağını dedi.

Bənzər mənzərələr Bakıda ya da bölgələrdə bir çox ət mağazasında da yaşanır. Belə olduqda isə alıcıların daha diqqətli olmasına zərurət yaranır. Çarə isə belə yerlərdən ət almamaq və şahidi olduqları anti-sanitar vəziyyəti əlaqədar qurumlara çatdırmaqdır.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 043 18.01.17 16:53