Azərbaycanlı yazar “Forbes”in siyahısında » Median.Az - Bütün xəbərlər bir ünvanda


Azərbaycanlı yazar “Forbes”in siyahısında
“Forbes” jurnalının Rusiya versiyası 2016-cı ildə ölkədə ən çox satılan kitabların siyahısını dərc edib.

Median.Az Modern.az-a istinadən xəbər verir ki, siyahıya azərbaycanlı yazıçı Elçin Səfərlinin rus dilində yazdığı “Mənə dənizdən danış” kitabı da daxil olub. Ötən il Rusiyada bu kitabın 37500 nüsxəsi satılıb.

Siyahının zirvəsində “Harri Potter və lənətlənmiş uşaq” (307,6 min nüsxə), “Şantaram-2. Dağın zirvəsində” (187 min nüsxə) və “Səndən sonra” (130,5 min nüsxə) kitabları yer alıb.

Elçin Səfərli 1984-cü ildə Bakıda anadan olub. Bakıda Beynəlxalq Universiteti bitirib və 12 yaşından yazıları mətbuatda çap olunub. Onun “Bosforun şirin duzu” və “Geriyə dönmədən ora” kitabları da populyarlıq qazanıb.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          575 18.01.17 16:29