Vyanada “Qayınana“ bədii filmi ilk dəfə alman dilində təqdim edilib – FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda


Vyanada “Qayınana“ bədii filmi ilk dəfə alman dilində təqdim edilib – FOTO
Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində böyük gülüş ustası, Dövlət mükafatı laureatı, Xalq artisti Nəsibə Zeynalovanın anadan olmasının 100 illiyi münasibətilə ədəbi-bədii axşam təşkil olunub.

Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova tədbiri giriş sözü ilə açaraq Azərbaycan teatr və kino sənətində əvəzedilməz rollarla yadda qalan Nəsibə Zeynalovanın həyat və yaradıcılığından söz salıb.

Bildirilib ki, N.Zeynalovanın 100 illik yubiley tədbirləri Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Azərbaycanla yanaşı, ölkənin hüdudlarından kənarda da silsilə tədbirlərlə yüksək səviyyədə qeyd olunub.

Tədbirdə Azərbaycanın Əməkdar incəsənət xadimi, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov çıxış edərək anası Nəsibə Zeynalova ilə bağlı xatirələrini bölüşüb.

Azərbaycan aktyorluq sənətinin inkişafında xidmətləri olan üç nəslin keçdiyi həyat və sənət yoluna nəzər salan C.Zeynalov tamaşaçıların sevimlisi olan Nəsibə xanımın Azərbaycan xalqının qəlbində daim yaşadığını qeyd edib. O, çıxışının sonunda Nəsibə Zeynalovanın xatirəsinə görkəmli dramaturq və şair Cəfər Cabbarlının “Ana“ şeirini söyləyib.

Sonra Nəsibə Zeynalovanın baş rolda oynadığı “Qayınana” filmi nümayiş etdirilib. İlk dəfə alman dilinə subtitrlərlə tərcümə edilən film tamaşaçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Mədəniyyət Mərkəzində ölməz sənətkarın yaradıcılığına həsr olunmuş fotosərgi də nümayiş etdirilib.

Vyanada “Qayınana“ bədii filmi ilk dəfə alman dilində təqdim edilib – FOTO
Vyanada “Qayınana“ bədii filmi ilk dəfə alman dilində təqdim edilib – FOTO
Vyanada “Qayınana“ bədii filmi ilk dəfə alman dilində təqdim edilib – FOTO
Vyanada “Qayınana“ bədii filmi ilk dəfə alman dilində təqdim edilib – FOTO
Vyanada “Qayınana“ bədii filmi ilk dəfə alman dilində təqdim edilib – FOTO
Vyanada “Qayınana“ bədii filmi ilk dəfə alman dilində təqdim edilib – FOTO
скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          628 18.01.17 16:14