Telefon batareyasını qorumaq üçün altı – SADƏ ÜSUL » Median.Az News Agency


Telefon batareyasını qorumaq üçün altı – SADƏ ÜSUL
Ağıllı telefonunuzun batareyası sürətli şəkildə bitirsə və şarj cihazını daşımaq işgəncə halına çevrilibsə, bu 6 üsulla hər şeyi lehinizə dəyişə bilərsiniz.

Ağıllı telefonlar möhtəşəm cihazlardır. Onlar vasitəsilə ən keyfiyyətli filmləri izləyə, onu televizor pultu olaraq istifadə edə və internetdə mesajlaşma platformaları vasitəsilə dostlarınızla əlaqə qura bilirsiniz.

“Angry Birds”, “Cut The Rope”, “Candy Crush” və s. kimi oynadığımız oyunları da yaddan çıxartmaq olmaz. Ancaq iş saatı başa çatmadan ekranda “batareyanın ömrünə 10% qalıb” yazısını görmək də bir çoxları üçün komfort olmayan vəziyyət yaradır.

Bu vəziyyəti lehimizə necə çevirə bilərik?

Bir neçə üsulla batareya ömründən böyük ölçüdə qənaət edə bilməyiniz mümkündür. Median.Az Technote.az-a istinadən həmin 6 üsulu oxucularımıza təqdim edirik.

Məkan bildiriş servisini bağlayın

GPS batareyanı sürətlə bitirə bilən bir servisdir. Üstəlik, niyə 7 gün 24 saat məkan bildiriş servisiniz açıq qalmalıdır? Əlavə olaraq da, pis niyyətli insanların bu məlumatlardan istifadə edə biləcəyini unutmayın.

Video, film izləmək vərdişlərinizi dəyişin

Telefondan film və ya seriala baxmaq xoş ola bilər, amma bu keyfi evinizdə TV-dən izləyərək çıxartmağınızı məsləhət görürük. 4G kimi xidmətlər həddindən artıq batareya ömrünün azalmasına səbəb olur. Serial və ya filmin keyfiyyəti artdıqca batareyanın ömrü də sürətlə azalmağa davam edir.

Uzaqdan qoşulma xidmətlərini bağlayın

“WiFi” və “Bluetooth” çox vacib parametrlərdir, amma lazım olmadıqda bağlı saxlamağı vərdiş halına çevirməyiniz ən yaxşı yoldur.

Parlaqlığı azaldın

Ağıllı telefonların böyük və yüksək parlaq ekranları, daha çox batareya ömrünün azalmasına səbəb olur. Əgər bunu sizin üçün telefonunuzun etməsini istəyirsinizsə, “avtomatik parlaqlıq” variantından istifadə edə bilərsiniz.

Bildirişləri bağlayın

Əgər çox da vacib deyilsə, gərəksiz bildirişləri bağlayın. Bəzən gələn bildirişlər çox lazımsız olur və bu bildirişlərin tək məqsədi sanki batareyanın ömrünü azaltmaqdır.

Batareyaya qənaət rejimlərindən istifadə edin

Ağıllı telefon istehsalçıları, batareya qoruma rejimləri üçün ciddi investisiyalar edirlər. Onların bu tövsiyələrinə əməl etmək və bu xidmətdən istifadə etmək ən düzgün yol olacaq.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          2 964 18.01.17 16:11