Sərhəd Qoşunları silah tutmağı bacarmayan gənci belə dəyişdi – VİDEO » Median.Az News Agency


Sərhəd Qoşunları silah tutmağı bacarmayan gənci belə dəyişdi – VİDEO
Təxminən bir il əvvəl sosial şəbəkələrdə yayılan hərbi geyimli bir əsgərin silahdan atəş açdığı video yenidən məşhurlaşıb.

Median.Az AzeriDefence-ə istinadən xəbər verir ki, bu video sosial şəbəkələrdə geniş müzakirə olunduqdan sonra insanlar həmin gəncin fiziki qüsurlu olduğunu iddia edərək, onun hərbi xidmətə çağırılmasının yolverilməz olduğunu yazırdılar.

Həmin gənc əsgər Sərhəd Qoşunlarında xidmətini davam etdirərək xidmət etdiyi hərbi hissənin nümunəvi əsgərlərindən birinə çevrilib. O, bu gün müxtəlif atıcı silahlardan peşəkarcasına istifadə etməklə yanaşı, xidmət zamanı dəfələrlə fərqlənib.

Oxu.Az Sərhəd Qoşunlarında həmin əsgərin hərbi xidmət müddətində necə dəyişdiyini təqdim edir. Videoda ilk vaxtlar avtomatdan atəş açmağa çətinlik çəkən gənc xidmətini Çevik Hərəkət Dəstəsində necə davam etdirməsinin şahidi olacaqsınız.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          3 739 18.01.17 16:08