Bu gecədən Bakının şimal girişi bağlanacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda


Bu gecədən Bakının şimal girişi bağlanacaq
Bu gecədən Bakı şəhərinə şimaldan əsas giriş bağlanacaq. Sumqayıt-Abşeron istiqamətindən Bakının 20 Yanvar dairəsi istiqaməti üzrə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Median.Az Report-a istinadən xəbər verir ki, bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib.

“18-19 yanvar tarixlərində gecə saat 1-dən 3-ə qədər “Şamaxinka” adlanan ərazi istiqamətində avtomobilərin hərəkətinə məhdudiyyət qoyulacaq. Belə ki, bu istiqamətdə yolun genişləndirilməsi nəzərdə tutulub. Həmin ərazidə olan yüksəkgərginlikli işıq dirəyinin yerinin dəyişdirilməsi və həmçinin həmin ərazidə yolun 4 zolaqlı edilməsi məqsədilə bu proses davam edəcək. Şəhərdaxili “Şamaxina” istiqamətində həkərət edənlər yalnız 3-cü kənar dairəvi yolla hərəkət edərək, istənilən istiqamət üzrə hərəkətlərini davam edə bilərlər”, – deyə V.Əsədov qeyd edib.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          2 190 18.01.17 13:59