Azərbaycanlıların adlarını Braziliyada divarlara yazdılar – VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda


Azərbaycanlıların adlarını Braziliyada divarlara yazdılar – VİDEO
Braziliyanın Rio-de-Janeyro şəhərində 2016-cı il Yay Olimpiya və Paralimpiya Oyunları medalçılarının şərəfinə Çempionlar Divarlarının açılış mərasimi keçirilib.

Median.Az Report.az-a istinadən verdiyi xəbərə görə, Olimpiya Parkındakı divarda ötənilki oyunların bütün 2568 medalçısının adları həkk olunub. Azərbaycanın Olimpiya medalçılarının adları Rio-de-Janeyroda Çempionlar Divarlarına həkk olunub.

Belə ənənə 2014-cü il Soçi Qış Olimpiya Oyunlarından sonra ortaya çıxıb.

Qeyd edək ki, Azərbaycan millisi “Rio-2016” Yay Olimpiya Oyunlarında 18 medal (1 qızıl, 7 gümüş və 10 bürünc), Paralimpiya Oyunlarında isə 11 medal (1 qızıl, 8 gümüş və 2 bürünc) qazanıb. Azərbaycan yığması Olimpiadada medalların əyarına görə 206 dövlət sırasında 39-cu, medalların sayına görə isə 15-ci yeri tutub.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 379 18.01.17 13:58