“Reina” terrorçusu: Məni öldürməyin... » Median.Az News Agency


“Reina” terrorçusu: Məni öldürməyin...
İstanbulda “Reina” gecə klubunda törətdiyi cinayət 39 nəfərin ölümü ilə nəticələnən terrorçunun yaxalanan zaman dediyi ilk sözü “Məni öldürməyin...” olub.

Median.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Əbdülqədir Maşaripov polislər tərəfindən ələ keçirilən zaman türkcə “məni öldürməyin” deyə yalvarıb.

Son məlumata görə, terrorçunun əslində ilk hədəfi Taksim meydanı olub. Bununla bağlı İŞİD əmirindən təlimat alsa da, həmin ərazidə təhlükəsizlik tədbirləri gücləndirildiyi üçün plan dəyişdirilib.

Qeyd edək ki, Əfqanıstan və Pakistanda iki il təhsil alan Maşaripov özbək, rus, ərəb, çin və türk dillərini bilir.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          5 455 18.01.17 13:33