Azərbaycanda cəriməsini ödəməyən piyadalara qarşı – SƏRT CƏZA » Median.Az - Bütün xəbərlər bir ünvanda


Azərbaycanda cəriməsini ödəməyən piyadalara qarşı – SƏRT CƏZA
Azərbaycanda cəriməsini ödəməyən piyadalara qarşı sərt cəza tədbirləri görülür.

Median.Az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Bakı Şəhər Dövlət Yol Polisinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib.

O bildirib ki, cəriməsini ödəməyən piyadaların ölkədən çıxışına qadağa qoyulub:

“Həmçinin onların ölkə banklarından kredit götürməsi də mümkün olmayacaq. “Yol hərəkəti haqqında” qanunun 4-cü maddəsinin tələbləri pozulursa, piyadalar inzibati qaydada məsuliyyətə cəlb olunur. Bu günə qədər 2016-ci ildə elə 130 min piyada məsuliyyətə cəlb edilib. Cərimə məbləğinin ödənilməsi məsələsi nəzarətdədir. Piyadaların məsuliyyətə cəlb edilməsi prosesi mütləq baş tutacaq”.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          3 039 17.01.17 13:02