Azərbaycan Prezidentinin 2016-cı ildə xarici ölkələrə etdiyi səfərlərin sayı açıqlanıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
00:00 Türkiyədə son 24 saat ərzində 73 nəfər koronavirusdan vəfat edib  |     23:50 Azərbaycan diasporu Niderland Krallığının parlamenti və senatına müraciət edib  |     23:42 Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsi ilə bağlı kompozisiya  |     23:34 Xəbər indilərdə açıqlandı: Bu yollar bağlanır  |     23:17 Avropa İttifaqı Ermənistanda baş verənlərlə bağlı bəyanat yayıb  |     22:59 Hacıqabulda avtomobil aşıb, xəsarət alan var  |     22:48 Hərbçilərin maaşlarına əlavələr ediləcək  |     22:23 Rusiya müdafiə nazirliyi Paşinyanın "İsgəndər" haqda dediyini şərh etdi – VİDEO  |     22:00 Abşeronda avtomobil 41 yaşlı qadını vurdu  |     21:38 Dünyada koronavirus qurbanlarının sayı 2,5 milyon nəfəri ötdü  |     21:27 ATƏT PA-nın iclasında Xocalı canilərinin cəzalandırılması tələb edildi  |     21:19 Sülhməramlılar İrəvana, Azərbaycan ordusu Xankəndinə - 3-cü Qarabağ müharibəsi başlayır?  |     20:55 Putinlə Paşinyan arasında telefon danışığı olub  |     20:47 AZAL Bakıdan Kiyevə xüsusi reyslərin icrasına başlayır  |     20:30 İtaliyalı jurnalist: “Xocalı faciəsinin səbəbkarları cəzalandırılmalıdır”  |     20:26 Türkiyəyə məxsus tarixi əsərlər Macarıstandan qaytarılacaq  |     18:56 Xocalının uşaq qurbanlarının manikenləri İsveçrənin əsas meydanlarında  |     18:50 Martın 15-dən karantin rejimi sərtləşdirilir? - AÇIQLAMA  |     18:21 Polşada şəhər meri ilə hökumət arasındakı qarşıdurma davam edir: III Avropa Oyunları təhlükədə  |     18:13 Oksigenlə zəngin hava şəraiti gözlənilir  |    

Azərbaycan Prezidentinin 2016-cı ildə xarici ölkələrə etdiyi səfərlərin sayı açıqlanıb
Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı ildə 12 ölkəyə 16 səfər edib.

Median.Az “Azərbaycan” qəzetinə istinadən xəbər verir ki, dövlət başçısı ötən il 9 beynəlxalq toplantıda iştirak edib.

Prezident İlham Əliyev ötən il Davos Ümumdünya İqtisadi Forumunda, “Suriyaya və regiona dəstək” konfransında, Münxen Təhlükəsizlik Konfransında, IV Nüvə Təhlükəsizliyi Sammitində, İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə, Dünya Humanitar Sammitində, NATO-nun Varşava Sammitində, MDB Dövlət Başçıları Şurasının iclasında, Dünya Enerji Konqresində iştirak edib və bu beynəlxalq tədbirlərin keçirildiyi müddətdə bir çox dövlət başçıları, hökumət nümayəndələri, tanınmış şirkətlərin rəhbərləri ilə ikitərəfli görüşlər keçirib.

Prezident ötən il Türkiyə Respublikasına 4 dəfə səfər edib. Bu səfərlərin üçündə dövlət başçısı beynəlxalq tədbirlərə - İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitində (13-15 aprel), Dünya Humanitar Sammitində (22-23 may) və Dünya Enerji Konqresində (9 oktyabr) iştirak edib.

İlk səfər mart ayının 15-də gerçəkləşib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşdən sonra Ankarada dövlət başçılarının iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası keçirilib. İclasdan sonra iki ölkə arasında 3 yeni saziş və bir protokol imzalanıb. Bu səfərlər çərçivəsində dövlət başçısı 7 görüş keçirib.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 588 10.01.17 12:25