Qızdırma salan 6 ən yaxşı təbii vasitə » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Qaxda 56 yaşlı kişi evində ölü tapıldı  |     22:51 Göygöldə sərxoş sürücü avtomobilini aşırdı  |     22:31 Goranboyda 40 ton ot bağlaması yandı  |     22:18 Ağstafada minik maşını aşıb, sürücü yaralanıb  |     22:10 Azərbaycanın Əməkdar artisti XTQ giziri ilə nişanlandı - FOTO  |     22:00 Amerikalı senator İsrailə gedir  |     21:47 Rusiyanın bəzi şəhərlərindən Azərbaycana birbaşa uçuşlar bərpa edilib  |     21:40 Axşamın ŞAD xəbəri- Buna hamı sevinəcək, pulsuz olacaq...- RƏSMİ  |     21:34 Kübra Əliyeva yenidən əməliyyat olunacaq  |     21:28 Xarici aviaşirkətlər İsrailə uçuşları dayandırdı  |     21:20 Kubada virusa yoluxma sayında rekord  |     21:14 “TikTok” üçün video çəkən məktəblilər fermanı yandırdılar  |     21:00 Sabirabadda avtomobil kanala aşdı, sürücü ağır xəsarət aldı  |     20:40 Bakıda avtomobil yanıb  |     20:34 “TikTok” üçün video çəkən məktəblilər fermanı yandırdılar  |     20:20 İbrahimoviç AVRO-2020-də iştirak etməyəcək  |     20:00 İƏT təcili toplanır  |     19:50 “Hindistan ştammı daha sürətli yayılır" - Həkim  |     19:41 İsraildə 3D printerdə canlı ürək çap edildi – Tibdə ilk  |     19:35 Bu ölkə turistlər üçün sərhədləri açır  |    

Qızdırma salan 6 ən yaxşı təbii vasitə
Qızdırma qalxdıqda dərhal kimyəvi preparatlara üz tutmayın. Hərarət çox yüksək deyilsə (38,5 C) təbii vasitələrdən istifadə edin.

Median.Az saglamolun.az-a istinadən ən effektli təbii qızdırma salan vasitələri təqdim edir:

1. Moruq

Moruq mürəbbəsi, təzə, dondurulmuş və ya qurudulmuş moruq, moruğun yarpaqları və qabığı çox effektli təbii qızdırma salan vasitədir. Moruğun tərkibində çoxlu miqdarda asetilsalisil turşusu (biz bu turşunu “aspirin” kimi tanıyırıq) var. Asetilsalisil turşusu ən güclü hərarətsalan maddələrdir biridir.

Moruq mürəbbəsini çaya əlavə edin, meyvələrdən, yarpaqlardan və qabıqdan dəmləmə hazırlayın.

2. Cökə ağacının çiçəkləri

Çökə ağacı də qədim zamanlardan qızdırma salan, iltihabəleyhinə vasitə kimi istifadə olunur. 1 x.q. cökə ağacının çiçəklərini 200 ml isti suda 30 dəqiqə ərzində dəmləyin, süzün, adi çay kimi için.

3. İtburnu

Bu da tanınmış qızdırma salan, iltihabəleyhinə və imuniteti möhkəmləndirən vasitədir. Axşamdan termosa 1 ovuc qurudulmuş itburnu tökün (əvvəlcədən meyvələri əzin), üzərinə yarım litr isti su tökün, səhərə qədər saxlayın, səhər yaxşı süzün və gün ərzində için. Çaya bal əlavə etmək olar.

4. Çobanyastığı

Çobanyastığı iltihabı azaldır, immuniteti möhkəmləndirir. 1 x.q. çobanyastığı 200 ml isti suda 30 dəqiqə ərzində dəmləyin, süzün və adi çay kimi için.

5. Portağal və ya qreypfrut şirəsi

Bu vasitə də soyuqdəymə və qripp zamanı çox yaxşı kömək edir - hərarəti salır, vəziyyəti yüngülləşdirir, immuniteti gücləndirir.

6. Ərik qurusu və kişmiş dəmləməsi

Ərik qurusu və kişmiş də asetilsalisil turşusu ilə zəngindir. Dəmləmə hazırlamaq üçün axşamdan termosda 5-6 ərik qurusu və 1 ovuc kişmiş yarım l isti suda dəmləyin, növbəti gün ərzində için. Meyvələri yeyə bilərsiniz.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            9 463 08.01.17 23:57