Bakıda nişanlı rəfiqəsini şantaj edən qızı avtomobillə vurdular » Median.Az News Agency


Bakıda nişanlı rəfiqəsini şantaj edən qızı avtomobillə vurdular
Median.Az Report.az-a istinadən xəbər verir ki, hadisə Nizami rayonu, 8-ci kilometr qəsəbəsində qeydə alınıb.

Belə ki, 28 yaşlı Əliyeva Səidə Şahin qızı nişanlı olan rəfiqəsi L.M.-nı (şərtidir) digər bir şəxslə görüşdüyü vaxt fotosunu çəkib və onu həmin fotoşəkillə şantaj edib.

Bundan əsəbiləşən L.M. anası ilə birgə S.Əliyevanı “Turan” mebel evinin qarşısında avtomobillə vurub.

Onlar daha sonra S.Əliyevanı döyüblər və ərazidən uzaqlaşıblar.

S.Əliyeva xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          9 318 21.12.16 11:30