Xalq artistinin avtomobili cərimə meydançasında - FOTO » Median.Az News Agency


Xalq artistinin avtomobili cərimə meydançasında - FOTO
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Azərbaycanın Xalq artisti Canəli Əkbərovun avtomobilini cərimə meydançasına aparıblar.

Median.Az-in Avtosfer.az-a istinadla verdiyi məlumata görə, məlum olub ki, Xalq artisti "Toyota-Prado” markalı, 90 -FZ-171 dövlət nömrə nişanlı avtomobilini yol kənarında saxlayıb. Bununla da o, dayanma-durma qaydasını pozub. Cərimə meydançasına gələn Xalq artisti qayda pozmasını etiraf edib.

"Dayanma və durmanın cəriməsini ödədim, avtomobilimi müvəqqəti duracaqdan götürdüm. Sağ olsunlar, mənə çox hörmət etdilər”, - deyə Canəli Əkbərov bildirib.

Onu da qeyd edək ki, Canəli Əkbərovun avtomobilini evakuator Dövlət Musiqili Teatrının yaxınlığından aparıb. Xalq artisti bildirib ki, həmin teatrda Xalq artisti Nəsibə Zeynalovanın anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirdə iştirak edirmiş.

Xalq artistinin avtomobili cərimə meydançasında - FOTO
скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 357 20.12.16 16:51