Fermada məskunllaşan Qarabağ əlili kömək istəyir - VİDEO+FOTO » Median.Az News Agency


Fermada məskunllaşan Qarabağ əlili kömək istəyir - VİDEO+FOTO
Ağdam rayonundan məcburi köçkün, bu rayonun 1997-ci ildən Sarıcalı kəndində fermada məskunlaşan üçüncü qrup Qarabağ müharibəsi əlili Qəhrəmanov Şərif Aslan oğlu mənzil problemindən əziyyət çəkir. Bu barədə “Bizim Yol”a müraciət edən Ş.Qəhrəmanov bildirir ki, mənzil verilməsi ilə bağlı dəfələrlə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət edib: “Amma mənzil problemi həll olunmayıb. Yayı və qışı acınacaqlı şəraitdə olan fermada qalırlar. Bu səbəbdən müxtəlif xəstəliklərə tutulublar”.

Qarabağ əlilinin himayəsində birinci qrup əlil övladı da var. Arabada hərəkət edən azyaşlı uşaq, fermanın qapısını açıq bağlamaqda çətinlik çəkirlər.

“Son illər respublikanın bir çox bölgələrində qaçqın və məcburi köçkünlərin mənzil təminatını yaxşılaşdırmaq məqsədi ilə çoxsaylı mənzillərin inşa edilib. Hər il mənzil verilməsi üçün müraciət edirəm. Hər dəfə də “gözlə” cavabını alıram. 20 ildir ki, dözülməz vəziyyətdə yaşayıram. Mən yenidən prezidentə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsiin sədri Əli Həsənova mənzilin verilməsi üçün müraciət etdim”,-deyə Ş.Qəhrəmanov bildirib.

Xatırladaq ki, Prezidentin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”, 2007-ci il 31 oktyabr tarixli 2475 nömrəli və 2011-ci il 21 fevral tarixli 1346 nömrəli sərəncamları ilə həmin Dövlət Proqramına Əlavələr təsdiq edilib.

Fermada məskunllaşan Qarabağ əlili kömək istəyir  - VİDEO+FOTO
Fermada məskunllaşan Qarabağ əlili kömək istəyir  - VİDEO+FOTO
Fermada məskunllaşan Qarabağ əlili kömək istəyir  - VİDEO+FOTO




(Bizimyol.info)скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          2 444 20.12.16 16:25