Tanınmış həkimi maşın vurdu; sürücü meyiti küçədə qoyub qaçdı - FOTO » Median.Az News Agency


Tanınmış həkimi maşın vurdu; sürücü meyiti küçədə qoyub qaçdı - FOTO
Dekabrın 15-də Xocasən yolunda piyadanı maşın vurub. Sürücü isə vurduğu piyadanı maşına qoyaraq bir neçə km aparandan sonra meyiti küçəyə ataraq qaçıb. Bu barədə Avtosfer.az-a mərhumun oğlu Mahir Orucov məlumat verib. Onun sözlərinə görə, hadisə dekabrın 15-də, saat 18:05 radələrində Xocahəsən yolunda yerləşən “Akkord Mərmər Qranit” MMC-nin qarşısında baş verib.

Teyyub Alməmməd oğlu Orucovu naməlum avtomobil vurub: "Qəzanı törədən sürücü atamı hadisə yerindən götürüb və Yasamal ərazisində atıb qaçıb. Üç gün keçməsinə baxmayaraq hələ də bir məlumat yoxdur. Atam “Akkord Mərmər Qranit” MMC-də həkim işləyirdi. Saat 18:05 də işdən çixanda düz işin qabağında maşın onu vurub. Saat 19:50 də bizə zəng gəldi. Üzərindəki şəxsiyyət vəsiqəsilə ilə bizi tapıb zəng etdilər. Biz gəlib meyiti Yasamal rayonu ərazisindəki "Qismət" şadlıq sarayından Dairəvi yola çıxışda - üzü "20 Yanvar" tərəfə olan yolun qırağında dəmir "butka"nın yanında tapdıq. Ora qoyub qaçıblar. Artiq biz gələndə əməliyyatçılar, prokrorrorluq işçiləri çoxdan hadisə yerində idilər. Oradan meyiti morqa apardıq. 2-3 saatdan sonra müstəntiq zəng etdi ki, mərhumun telefonunu, əlcəyinin bir tayini vurulan yerdə tapdıq. Aidiyyatı orqanlardan xahişim məsələni nəzarətdə saxlamaq, bizə həmin sürücünün tapılıb məsuliyyətə cəlb olunmasında yardımçı olmağınızdır".

Xatırladaq ki, Teyyub Orucov Zəngilanın tanınmış həkimlərindən biri idi.

Tanınmış həkimi maşın vurdu; sürücü meyiti küçədə qoyub qaçdı - FOTO
скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          7 081 19.12.16 19:54