Bakıda xəstəxanada həkimin oğlu özünü bıçaqlayıb » Median.Az News Agency


Bakıda xəstəxanada həkimin oğlu özünü bıçaqlayıb
"Report"un xəbərinə görə, hadisə 2 saylı Psixiatrik Kliniki Xəstəxanasında qeydə alınıb.

Belə ki, 1997-ci il təvəllüdlü F.M. Nərimanov rayonu Ziya Bünyadov prospekti 48 ünvanından 2 saylı Psixiatrik Kliniki Xəstəxanaya gətirilib. 19 yaşlı gənc xəstəxanada özünü öldürmək məqsədi ilə bədən nahiyəsinə iki bıçaq zərbəsi vurub. Nəticədə o, ağır xəsarət alıb və 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

F.M.-nın yaxınlarının dediyinə görə, o, anası ilə dəfələrlə mübahisə edib. Nəticədə anası onu 2 saylı Psixiatrik Kliniki Xəstəxanaya göndərib.
Onun anası Təcili Təxirəsalınmaz Yardım Xidmətində həkim kimi fəaliyyət göstərir.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          2 121 19.12.16 19:26