Ekspert: Devalvasiyadan sonra azərbaycanlılar ət yemir » Median.Az News Agency


Ekspert: Devalvasiyadan sonra azərbaycanlılar ət yemir
Median.Az “Modern.az”a istinadən xəbər verir ki, bunu Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.

Hüquq-müdafiəçisinin sözlərinə görə, bu gün azərbaycanlılar məcburi şəkildə ətdən imtina edir:

“10 ildir ki, Azərbaycanda qara kürü deyilən şey yoxdur. Devalvasiyadan sonra Azərbaycanda bəzi məhsullar arxa plana keçməyə başlayıb. Çünki qiymətlər sürətlə bahalaşır. İnsanların bu məhsullara əlçatanlılığı azalır.

Ümumilikdə, 2016-cı ildə Azərbaycan əhalisinin ət istehlakı kəskin olaraq aşağı düşüb. Buna adekvat olaraq da qiymətlər yüksəlib.

Bu isə bazarda çox böyük defisit olmasından, inflyasiya səviyyəsinin yüksəlməsindən xəbər verir. Əlbəttə, ümumilikdə kalorili qidaların, ət və ət məhsullarının, balıqların qiymətində artım olduğundan vətəndaşlar bu məhsullara daha az müraciət edir.

Bu gün əhali daha çox yerli kənd təsərrüfatı məhsullarına, yerli quş ətlərinə üstünlük verirlər. Bu gün Azərbaycan vətəndaşı balıqdan, ətdən könüllü yox, məcburi qaydada imtina edir.

E.Hüseynov deyib ki, bahalaşma ilə bağlı hər gün istehlakçı şikayətləri qəbul edirlər:

“Vətəndaşlar məhsulların birdən-birə niyə bu qədər bahalaşdığını bilmək istəyir. Hökumət orqanları bazarı tənzimləyə bilməz. Bazar özü qiymətləri tənzimləməlidir.

Əhali günahın çoxunu hökumətdə görür. Hökumət qurumları bolluq yaradılması üçün kənd təsərrüfatının inkişafında effektiv siyasət aparmalıdır. Hökumət bazara “niyə bu qiymətə satırsız” deyə diktə edə bilməz. Təəssüf ki, hələ kənd təsərrüfatının siyasəti yarıtmazdır”.

AİB sədri deyib ki, keçən illə müqayisədə bu il bayram məhsulları, xüsusilə çərəzlər, quru meyvələr 70% baha satılacaq:

“Həmin 70%-lik bahalaşma isə enməyəcək. Çünki Azərbaycanda bir dəfə qalxan qiymətlər, bir daha enmir”.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          798 19.12.16 18:33