Bakı ilə Naftalan arasında sürət qatarı istifadəyə verilə bilər » Median.Az News Agency


Bakı ilə Naftalan arasında sürət qatarı istifadəyə verilə bilər
Sərnişinlərin etibarlılığının və rahatlığının təmin edilməsi məqsədilə Bakıdan Naftalanadək avtomobil, qatar və avtobus əlaqəsi gücləndiriləcək.

Median.Az bu barədə Report.az istinadən xəbər veir.

Belə ki, Bakı ilə Naftalan arasında sürətli və yüksək keyfiyyətli avtobus və qatar xidmətlərinə başlamaq üçün aidiyyəti dövlət müəssisələri arasında Turizm Şurası vasitəsilə əməkdaşlıq əlaqələri qurulacaq. Səyahət agentlikləri vasitəsilə müvafiq koordinasiya qurulmaqla nəqliyyat vasitələri üçün biletlərin mehmanxanalarda təklif edilən sağlamlıq müalicə paketləri (“beauty treatments”) ilə birlikdə satışı həyata keçiriləcək. Büro tərəfindən müxtəlif növ broşürlər çap edilməklə, turizm informasiya mərkəzləri, yerli kanallar və turizm agentlikləri vasitəsilə həftə içi və həftə sonu sağlamlıq turizminin və nəqliyyat alternativlərinin təqdimatı keçiriləcək”.

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2017–2020-ci illər üzrə sağlamlıq turizminin inkişafına dair fəaliyyət planı hazırlanacaq.Bu plana həmçinin 2020-ci ildən sonra sağlamlıq turizminin inkişafına təkan vermək məqsədilə Qəbələ, Şabran, Masallı, Lənkəran rayonları kimi, digər məkanların mövcud təbii ehtiyatlarından istifadə məqsədilə uzunmüddətli planlar da daxil ediləcək.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 806 17.12.16 17:07