SON DƏQİQƏ! Xəzərdə daha bir faciə: 10 neftçi itkin düşdü » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:39 Gədəbəydə ağır yol qəzası olub, altı nəfər xəsarət alıb  |     22:16 Как отмечаете, девчонки?  |     21:37 ÜST pandemiyanın bitəcəyi tarixi elan etdi  |     21:20 DİN-dən feministlərin aksiyası ilə bağlı daha bir açıqlama - YENİLƏNİB  |     20:47 İranın Azərbaycandakı səfirliyi ölkəmizin xanımlarını təbrik edib  |     20:19 Ərdoğanla Conson arasında telefon danışığı olub  |     20:05 Axtarışda olan 11 nəfər saxlanıldı  |     19:52 Göygöldə qar səbəbindən nəqliyyatın işi çətinləşib  |     19:40 Qubada avtomobildə daşınan almalar yola dağıldı  |     19:31 AFFA Ukraynada oynayan daha bir futbolçunu milliləşdirir  |     19:18 Murad Arif koronavirusa yoluxdu  |     18:38 Kibercinayətkarlar Çexiya banklarından 54 milyon avro oğurladı  |     18:11 Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı məlum oldu - FOTO  |     18:01 Gəncədə 28 yaşlı qadın dəm qazından zəhərlənib  |     17:52 “Caliber”: “Paşinyan fəal müdafiəyə keçir” - VİDEO  |     17:42 Suriya prezidenti və həyat yoldaşı koronavirusa yoluxdu  |     16:35 Bakıda bir qrup fəal aksiya keçirməyə cəhd göstərib  |     16:32 Avstriyada “AstraZeneca” peyvəndi ilə vaksinasiya dayandırılıb  |     16:12 İstanbulda qadağa götürüldü, böyük tıxaclar yarandı  |     16:07 Yol polisi qadın sürücüləri belə təbrik etdi  |    

SON DƏQİQƏ! Xəzərdə daha bir faciə: 10 neftçi itkin düşdü
15 dekabr tarixində səhər saat 05.00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yıığım Məntəqəsinin sag və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub.

SOCAR-dan Baku.ws-ə verilən məlumata görə, estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub. İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb:

1. Zülfüqarov Güloglan - maşinist

2. Zülfüqarov Azay - operator

3. Qurbanov Vidadi - operator

4. Həsənov Elçin - mexanik

5. Hacıəliyev Həsənağa - operator

6. Qafarov İlham - operator

7. Əsədov Samir - operator

8. Bəhrəmov Cavid - operator

9. Abbasov Ramiz - maşinist

10. Rüstəmov Qorxmaz - operator

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi və Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin gəmiləri cəlb olunmuşdur. Axtarış-xilasetmə işləri davam etdirilir. FHN, SOCAR və "Azneft” İB-nin rəhbərliyi hadisə yerindədir.

Hadisənin araşdırılması məqsədi ilə birgə xüsusi komissiya yaradılmışdır. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcəkdir.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            15 893 15.12.16 10:53