Yəhudi alimlər xərçəngin müalicəsini tapdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Qaxda 56 yaşlı kişi evində ölü tapıldı  |     22:51 Göygöldə sərxoş sürücü avtomobilini aşırdı  |     22:31 Goranboyda 40 ton ot bağlaması yandı  |     22:18 Ağstafada minik maşını aşıb, sürücü yaralanıb  |     22:10 Azərbaycanın Əməkdar artisti XTQ giziri ilə nişanlandı - FOTO  |     22:00 Amerikalı senator İsrailə gedir  |     21:47 Rusiyanın bəzi şəhərlərindən Azərbaycana birbaşa uçuşlar bərpa edilib  |     21:40 Axşamın ŞAD xəbəri- Buna hamı sevinəcək, pulsuz olacaq...- RƏSMİ  |     21:34 Kübra Əliyeva yenidən əməliyyat olunacaq  |     21:28 Xarici aviaşirkətlər İsrailə uçuşları dayandırdı  |     21:20 Kubada virusa yoluxma sayında rekord  |     21:14 “TikTok” üçün video çəkən məktəblilər fermanı yandırdılar  |     21:00 Sabirabadda avtomobil kanala aşdı, sürücü ağır xəsarət aldı  |     20:40 Bakıda avtomobil yanıb  |     20:34 “TikTok” üçün video çəkən məktəblilər fermanı yandırdılar  |     20:20 İbrahimoviç AVRO-2020-də iştirak etməyəcək  |     20:00 İƏT təcili toplanır  |     19:50 “Hindistan ştammı daha sürətli yayılır" - Həkim  |     19:41 İsraildə 3D printerdə canlı ürək çap edildi – Tibdə ilk  |     19:35 Bu ölkə turistlər üçün sərhədləri açır  |    

Yəhudi alimlər xərçəngin müalicəsini tapdı
İsrailin biotexnika şirkəti xərçəng xəstələri üçün terapevtik vaksin hazırlayıb.

Bu vaksin xəstəliyin residivi (təkrar ağırlaşması) hallarının təxminən 90 faizi qarşısını ala bilər. Vaksinlər hazırda İsrailin Qüds şəhərindəki "Haddasa" xəstəxanasında kliniki sınaqdan keçirilir. Lakin həkimlər artıq 2017-ci ildə vaksinlərin nəinki onkoloji xəstəliklərin müalicəsində, həm də xərçəngin yaranmasının qarşısını almaq üçün tətbiq oluna biləcəyini söyləyib.

Vaksinlər qan xərçənginin müalicəsi, daha dəqiq desək, bir çoxsaylı mielomalar üçün nəzərdə tutulub . Əgər preparat gözlənildiyi kimi təsir göstərərsə, onda o, bütün xərçəng növlərinin 90 faizinə tətbiq edilə bilər. Buraya prostat və süd vəzisi, o cümlədən ağır və yüngül şişlər də daxildir.

Xərçəng xəstəliyi zamanı orqanizm nəyinsə qaydasında getmədiyini bilir, lakin immun sistemi virus və infeksiyalarda göstərdiyi müqaviməti burada tətbiq edə, necə reaksiya göstərmək lazım olduğunu və ümumiyyətlə mübarizə yollarını bilmir. Bu isə ona görə baş verir ki, xərçəng hüceyrələri orqanizmin düzgün inkişaf etməyən öz hüceyrələridir. Bununla yanaşı, xərçəng xəstəliyinin müalicəsində xəstənin immun sistemi çox sarsılır.

Vaksinin təsirinin əsas ideyası immun sistemini yaranmış təhlükəyə qarşı aktivləşdirməkdən ibarətdir. Ənənəvi vaksin immun sistemini bakteriyalar və viruslar kimi "yabançı işğalçılardan" qorunmağa kömək edir. Və onu bu xəstəliyə tutulmayan insanlara tətbiq edirlər. Terapevtik vaksin isə xərçəng xəstələrinə verilir və dərman təsir göstərir.

Yeni vaksin immun sistemini aktivləşdirmək yolu ilə fəaliyyət göstərir və bir qayda olaraq yalnız xərçəng hüceyrələrində rast gəlinən MUC1 molekullarını məhv edir. Qeyd edək ki, 90 faizdən çox yayılmış xərçəng şişlərinsə: bir çox yüngül şişlər, limfoma, leykemiya, eləcə də mieloma şişlərində MUC1 molekulu var.
Xərçəngin gecikmiş mərhələlərində əvvəlki kimi kimyəvi terapiya və şişin ölçüsündən asılı olaraq cərrahiyyə əməliyyatı tələb oluna bilər, lakin xərçəng şişinin həcmi kiçikdirsə, onda orqanizm onunla mübarizə aparmaq imkanına malik olacaq. Bu hallarda vaksin xəstəliyin yenidən ağırlaşamasının qarşısını almaq üçün uzunmüddətli yanaşma kimi baxılır.


(publika.az)скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 487 05.12.16 18:27