İlham Əliyev Qafqaz Xalqlarının geyimində - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
00:00 Türkiyədə son 24 saat ərzində 73 nəfər koronavirusdan vəfat edib  |     23:50 Azərbaycan diasporu Niderland Krallığının parlamenti və senatına müraciət edib  |     23:42 Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsi ilə bağlı kompozisiya  |     23:34 Xəbər indilərdə açıqlandı: Bu yollar bağlanır  |     23:17 Avropa İttifaqı Ermənistanda baş verənlərlə bağlı bəyanat yayıb  |     22:59 Hacıqabulda avtomobil aşıb, xəsarət alan var  |     22:48 Hərbçilərin maaşlarına əlavələr ediləcək  |     22:23 Rusiya müdafiə nazirliyi Paşinyanın "İsgəndər" haqda dediyini şərh etdi – VİDEO  |     22:00 Abşeronda avtomobil 41 yaşlı qadını vurdu  |     21:38 Dünyada koronavirus qurbanlarının sayı 2,5 milyon nəfəri ötdü  |     21:27 ATƏT PA-nın iclasında Xocalı canilərinin cəzalandırılması tələb edildi  |     21:19 Sülhməramlılar İrəvana, Azərbaycan ordusu Xankəndinə - 3-cü Qarabağ müharibəsi başlayır?  |     20:55 Putinlə Paşinyan arasında telefon danışığı olub  |     20:47 AZAL Bakıdan Kiyevə xüsusi reyslərin icrasına başlayır  |     20:30 İtaliyalı jurnalist: “Xocalı faciəsinin səbəbkarları cəzalandırılmalıdır”  |     20:26 Türkiyəyə məxsus tarixi əsərlər Macarıstandan qaytarılacaq  |     18:56 Xocalının uşaq qurbanlarının manikenləri İsveçrənin əsas meydanlarında  |     18:50 Martın 15-dən karantin rejimi sərtləşdirilir? - AÇIQLAMA  |     18:21 Polşada şəhər meri ilə hökumət arasındakı qarşıdurma davam edir: III Avropa Oyunları təhlükədə  |     18:13 Oksigenlə zəngin hava şəraiti gözlənilir  |    

İlham Əliyev Qafqaz Xalqlarının geyimində - VİDEO
Azərbaycan Prezidenti İlham Əliyev "Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli" mövzusunda beynəlxalq konfransda iştirak edən Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərini qəbul edib.

Median.Az-in Azərtac-a istinadən məlumatına görə, prezident qonaqları salamlayıb. Əliyev bu il dünya katoliklərinin rəhbəri Roma Papasının Azərbaycana rəsmi səfərindən də danışıb:

"O, Katolik Kilsəsində ibadət etdi, sonra Heydər Məscidini ziyarət etdi, mötəbər şeyxlə, eləcə də digər dini konfessiyaların rəhbərləri ilə görüşü oldu. Roma Papası buradan, Bakıdan bütün dünyaya yaxşı mesaj göndərdi. Yəni, bizim multikulturalizm sahəsində əldə etdiyimiz nailiyyətlər bütün dini aləmdə layiqincə dəyərləndirilib.

Əlbəttə ki, şəxsən mənim və ölkəmiz üçün ötən il möhtərəm şeyximizlə müqəddəs yerləri - Məkkəni, Mədinəni yenidən ziyarət etməyimiz, mənə bir daha müqəddəs Kəbədə ibadət etmək və Mədinədə Peyğəmbərin məzarını ziyarət etmək xoşbəxtliyi şərəfi qismət oldu. Bu, hər bir müsəlman üçün xoşbəxtlikdir.

Təbii ki, bu cür hadisələr bizim doğru yolda olduğumuzu nümayiş etdirir".

Sonra Şimali Qafqaz Müftiləri Əlaqələndirmə Şurasının sədri, Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikasının müftisi İsmayıl Berdiyev söz alıb və Azərbaycanda keçiriləcək İslam ölkələrinin Oyunlarıda iştirak edəcəyinə ümid etdiyini bildirib:

İlham Əliyev: Əlbəttə, mütləq. Avropa Oyunlarında olduğu kimi, siz mənim qonaqlarımsınız.

Berdiyev: Sağ olun, çox sağ olun. Dünən Qafqaz Xalqları Ali Dini Şurasının iclasını keçirdik. Şeyxülislam bizim ağsaqqalımız idi. Onun müdrikliyi həqiqətən də kömək edir. Bax, bu müdriklik ona Sizin atanızdan keçib. Çünki o, onunla birlikdə çox olub.

İlham Əliyev: Çox sağ olun.

Berdiyev: Budur, bizim iclasımızdan Sizə hədiyyə etmək istərdik. Mən eşitdim ki, tezliklə ad gününüz olacaq.

İlham Əliyev: Sağ olun, çox sağ olun.

Berdiyev: Əgər müsaidə edərsinizsə.

İlham Əliyev: Əlbəttə.

İsmayıl Berdiyev İlham Əliyevə Qafqazın milli geyimini hədiyyə təqdim edib.

İlham Əliyev Qafqaz Xalqlarının geyimində - VİDEO
İlham Əliyev Qafqaz Xalqlarının geyimində - VİDEO
İlham Əliyev Qafqaz Xalqlarının geyimində - VİDEO
İlham Əliyev Qafqaz Xalqlarının geyimində - VİDEO
скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 025 03.12.16 14:56