Çörəyin qiyməti arta bilər – AÇIQLAMA » Median.Az News Agency


Çörəyin qiyməti arta bilər – AÇIQLAMA
Qazın və işığın bahalaşması çörəyin də qiymətlərinə təsirsiz ötüşməyəcək.

Median.Az xəbər verir ki, Bakıdakı çörək istehsalı ilə məşğul olan şirkətlərdən fins.az-a verilən məlumata görə, un məmulatları, o cümlədən çörək bahalaşacaq.

“Nur” çörək zavodunun satış müdiri Saməddin Məmmədxanov bildirib ki, kommunal xərclərin artması çörəyə iki şəkildə təsir göstərə bilər: “Ya çörəyin çəkisi dəyişə bilər, ya da qiymətlər artacaq. Amma hələlik bununla bağlı nəsə demək tezdir. Çörəyin bahalaşması Yeni ildən baş verə bilər”.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 023 29.11.16 18:03