Metroda gediş haqqı bahalaşa bilər » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:39 Gədəbəydə ağır yol qəzası olub, altı nəfər xəsarət alıb  |     22:16 Как отмечаете, девчонки?  |     21:37 ÜST pandemiyanın bitəcəyi tarixi elan etdi  |     21:20 DİN-dən feministlərin aksiyası ilə bağlı daha bir açıqlama - YENİLƏNİB  |     20:47 İranın Azərbaycandakı səfirliyi ölkəmizin xanımlarını təbrik edib  |     20:19 Ərdoğanla Conson arasında telefon danışığı olub  |     20:05 Axtarışda olan 11 nəfər saxlanıldı  |     19:52 Göygöldə qar səbəbindən nəqliyyatın işi çətinləşib  |     19:40 Qubada avtomobildə daşınan almalar yola dağıldı  |     19:31 AFFA Ukraynada oynayan daha bir futbolçunu milliləşdirir  |     19:18 Murad Arif koronavirusa yoluxdu  |     18:38 Kibercinayətkarlar Çexiya banklarından 54 milyon avro oğurladı  |     18:11 Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı məlum oldu - FOTO  |     18:01 Gəncədə 28 yaşlı qadın dəm qazından zəhərlənib  |     17:52 “Caliber”: “Paşinyan fəal müdafiəyə keçir” - VİDEO  |     17:42 Suriya prezidenti və həyat yoldaşı koronavirusa yoluxdu  |     16:35 Bakıda bir qrup fəal aksiya keçirməyə cəhd göstərib  |     16:32 Avstriyada “AstraZeneca” peyvəndi ilə vaksinasiya dayandırılıb  |     16:12 İstanbulda qadağa götürüldü, böyük tıxaclar yarandı  |     16:07 Yol polisi qadın sürücüləri belə təbrik etdi  |    

Metroda gediş haqqı bahalaşa bilər
Median.Az Baku.ws-ə istinadən xəbər verir ki, bu barədə iqtisadçı ekspert Qubad İbadoğlu açıqlama verib.

“Növbəti ildən gözlənilən qiymət bahalaşmalarından biri də metroda sərnişinlər üçün gediş haqqının artırılması ola bilər. Bunun üçün müəyyən zəmin hələ bu il iyulun 15-dən sonra elektrik enerjisinin qiymətinin artırılması zamanı yaranmışdı. O zamandan olan gözləntilərə 2017-ci ilin büdcə layihəsi son qoya bilər. Belə ki, 2017-ci il üçün büdcə layihəsinə görə, metropolitenə 30 milyon manat subsidiya ayrılacaq. Bu isə o deməkdir ki, "Bakı Metropoliteni" QSC-yə sərnişin daşımadan yaranacaq zərərin ödənilməsi üçün gələn il üçün büdcədən ayrılacaq subsidiya bu illə müqayisədə 8 milyon manat və ya 22 faiz az proqnozlaşdırılıb. Beləliklə də yaranacaq ən azı 8 milyon manatlıq kəsir metroda gediş haqlarının artırılması yolu ilə ödənilə bilər. Çox güman ki, bu artım gələn il yanvarın 1-dən etibarən reallaşacaq. Yəqin ki, rəsmilər bu qərarı xüsusilə də Avropa və ABŞ-da olan qiymətlərlə müqayisə edib, əsaslandırmağa çalışacaqlar”.

Mütəxəssis bildirir ki, həqiqətən də dollarla ifadə olunan belə müqayisələr Azərbaycanda qiymətlər ucuzdur deməyə əsaslar yaradır: “Amma bu zaman 3 məsələyə diqqət çəkmək lazımdır. Birincisi, Azərbaycanda əhalinin orta aylıq gəlirləri beynəlxalq müqayisələrdə çox aşağıdır, belə olan halda müxtəlif ölkələrdə qiymətlər deyil, nəqliyyat xidmətinə sərf olunan xərclərin orta aylıq əmək haqqında xüsusi çəkiləri müqayisə olunmalıdır. İkincisi, metroda gediş haqqı inflyasiya hesablamaq üçün təsdiq olunmuş 585 adda mal və xidmətdən ibarət istehlak səbətində xüsusi çəkisi ilk beşliyə daxil olan məhsul və xidmətlərin siyahısına daxildir. Belə olan halda da metroda gediş haqqının bahalaşmasının istehlak qiymətləri indeksinə artırıcı təsiri çox olacaq. Nəhayət onu da nəzərə almaq lazımdır ki, metroda gediş haqqının artırılması avtobusda və taksi xidmətində də gediş haqlarının bahalaşmasına gətirib çıxaracaq”.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 796 27.11.16 18:53