Azərbaycanda Antidopinq Agentliyinin tövsiyəsi ilə müstəqil komitələr yaradılacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:07 Lənkəranda avtomobil qəzadan sonra yanıb  |     22:56 Çempionlar Liqası: 4 oyunda 10 qol vuruldu  |     22:49 IMF gələn il üçün iqtisadi artım proqnozunu yüksəldib  |     22:29 Azərbaycan və İranın XİN başçıları bölgədəki son vəziyyəti müzakirə ediblər  |     22:16 Clubhouse-da dəvətnamə sistemi ləğv edilib  |     22:05 Bu vaksin Braziliya ştammına qarşı təsirsizdir - Araşdırma  |     22:00 Almaniyada partlayış zamanı onlarla insan xəsarət alıb, ölənlər var  |     21:51 Bitkoinin qiyməti 34 min dolları ötüb  |     21:45 Hər 10 nəfərdən 5-i toyda yoluxur - Həkim  |     21:33 Samuxda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var  |     21:20 Samuxda bıçaqlanma olub  |     21:07 "Neftçi"nin legioneri: "Olimpiakos"u yaxşı analiz etmişik"  |     20:42 Gəncədə iki nəfəri ildırım vurub  |     20:17 Bakıda bu restoran şortik geyinən kişiləri içəri buraxmır - FOTO  |     20:11 Gəncədə həyətyanı sahələri su basıb, elektrik enerjisinin verilişi dayandırılıb  |     20:06 ANAMA-nın Cəbrayılda minaya düşən əməkdaşı evə buraxıldı  |     19:55 Gürcüstanda koronavirusun “Delta+” ştammı tapıldı  |     19:52 17 mindən çox toy qeydiyyata alınıb  |     19:46 Təhsil İnstitutu narazı müəllimlərə müraciət edib  |     19:38 Kubanın Fransadakı səfirliyinə “molotov kokteyli” ilə hücum edilib  |    

Azərbaycanda Antidopinq Agentliyinin tövsiyəsi ilə müstəqil komitələr yaradılacaq
Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Median.Az-ın Report.az-a istinadən verdiyi xəbərinə görə, komitə sədri Fuad Muradov deyib ki, bu qanun layihəsi qəbul olunacaqsa, müsbətə doğru dəyişikliklər olacaq.

O bildirib ki, qanun layihəsində Milli Antidopinq Agentliyinin tövsiyəsi ilə müstəqil komitələrin yaradılması nəzərdə tutulub: “Bunlar Terapevtik İstifadəyə İcazə Komitəsi, İntizam Komitəsi, Apellyasiya Komitəsidir. Bu komitələrin fəaliyyətləri müstəqil olacaq.

Terapevtik İstifadəyə İcazə Komitəsi bu sahədə nəzərdə tutulmuş beynəlxalq standartlara uyğun olaraq, terapevtik istifadə üçün müraciəti qiymətləndirir və yekun qərar qəbul edir. Bu qərar MADA-nın yekun qərarı hesab olunur.

İntizam Komitəsi isə antidopinq qayda pozuntunlarına görə tətbiq edilən sanksiyaları müəyyənləşdirmək səlahiyyətinə malikdir”.

Komitə sədri qeyd edib ki, agentliyin tərkibində Müşahidə Şurasının yaradılması da nəzərdə tutulub: Müşahidə Şurası Milli Məclisin, Milli Olimpiya Komitəsinin, Milli Paralimpiya Komitəsinin, müvafiq icra hakimiyyət orqanlarının və məhkəmə hakimiyyətinin nümayəndələrindən ibarət olacaq”.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 360 25.11.16 15:32