Bu insanlar pulsuz icbari tibbi sığorta olunacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Qaxda 56 yaşlı kişi evində ölü tapıldı  |     22:51 Göygöldə sərxoş sürücü avtomobilini aşırdı  |     22:31 Goranboyda 40 ton ot bağlaması yandı  |     22:18 Ağstafada minik maşını aşıb, sürücü yaralanıb  |     22:10 Azərbaycanın Əməkdar artisti XTQ giziri ilə nişanlandı - FOTO  |     22:00 Amerikalı senator İsrailə gedir  |     21:47 Rusiyanın bəzi şəhərlərindən Azərbaycana birbaşa uçuşlar bərpa edilib  |     21:40 Axşamın ŞAD xəbəri- Buna hamı sevinəcək, pulsuz olacaq...- RƏSMİ  |     21:34 Kübra Əliyeva yenidən əməliyyat olunacaq  |     21:28 Xarici aviaşirkətlər İsrailə uçuşları dayandırdı  |     21:20 Kubada virusa yoluxma sayında rekord  |     21:14 “TikTok” üçün video çəkən məktəblilər fermanı yandırdılar  |     21:00 Sabirabadda avtomobil kanala aşdı, sürücü ağır xəsarət aldı  |     20:40 Bakıda avtomobil yanıb  |     20:34 “TikTok” üçün video çəkən məktəblilər fermanı yandırdılar  |     20:20 İbrahimoviç AVRO-2020-də iştirak etməyəcək  |     20:00 İƏT təcili toplanır  |     19:50 “Hindistan ştammı daha sürətli yayılır" - Həkim  |     19:41 İsraildə 3D printerdə canlı ürək çap edildi – Tibdə ilk  |     19:35 Bu ölkə turistlər üçün sərhədləri açır  |    

Bu insanlar pulsuz icbari tibbi sığorta olunacaq
Azərbaycanda icbari tibbi sığortanın tətbiqi zamanı təbii səbəblərdən gəlir əldə edə bilməyən əhali qruplarının dövlət vəsaiti hesabına icbari tibbi sığortaya cəlbi nəzərdə tutulur.


Median.Az-ın Trend-ə istinadən xəbərinə görə, bunu Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Monitorinq, təhlil və informasiya texnologiyaları şöbəsinin müdiri İsa Əliyev deyib.

Şöbə müdiri qeyd edib ki, bütün əhalinin icbari tibbi sığorta sistemi ilə əhatə edilməsi nəzərdə tutulur: "Bu sistem həmrəylik prinsipinə əsaslanır və burada dövlətin rolu olacaq. Dövlət öz üzərinə düşən əhali qruplarının sığortaya cəlbinin maliyyələşdirilməsini öhdəsinə götürəcək".

İ.Əliyev əlavə edib ki, sığorta sistemində güzəşt tətbiq olunacaq əhali qrupuna işləməyən pensiyaçılar, əlillər, uşaqlar, aztəminatlı ailələr, işsizlik statusu olan şəxslər daxildir: "Bu qrup insanlar icbari tibbi sığorta ödənişindən azad olunacaq və onların icbari tibbi sığortaya cəlbini dövlət həyata keçirəcək. Amma digər şəxslər üçün icbari tibbi sığorta ödənişləri tətbiq olunacaq. İlkin olaraq, bu, pilot rayonlar üzrə sınaqdan keçiriləcək".

İ.Əliyev bildirib ki, sığorta sisteminin tətbiqi üçün Yevlax rayonu və Mingəçevir şəhəri pilot ərazilər seçilib: "Artıq bu sahədə işlərə başlamışıq. Bu rayonlarda sakinlərlə, tibb mütəxəssisləri ilə müəyyən görüşlər keçirilib və ictimai tibbi sığorta barəsində onlara daha ətraflı məlumat verilib".

Agentlik rəsmisinin sözlərinə görə, icbari tibbi sığorta sisteminin mərhələli şəkildə ölkənin digər bölgələrində də tətbiqi nəzərdə tutulur.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            5 702 25.11.16 11:34