İlham Əliyevin fərmanı ilə yeni publik hüquqi şəxslər yaradılıb - SİYAHI » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Biləsuvarda avtomobildən külli miqdarda heroin aşkarlandı  |     22:24 Lənkəranda ev yanıb  |     22:14 Əsəb xəstəsi olan qadın oğlunu öldürdü  |     21:57 Direktor vəzifəsinə işə qəbul üzrə imtahan texniki nasazlıqla əlaqədar təxirə salınıb  |     21:41 “Əgər yoluxma artarsa, SMS icazə bərpa edilməlidir” - AÇIQLAMA  |     21:19 Azərbaycan Türkiyə ilə birgə film və seriallar çəkəcək  |     21:04 “Alpin” əmtəə nişanlı 23,760 kiloqram sümüksüz dondurulmuş hind quşu məhsulu məhv edilib  |     20:47 Rusiyada kişi kürəkəninin qətlini sifariş verdi  |     19:13 39 yaşlı İbrahimoviç İsveç millisinə qayıdır  |     18:40 Tərtərdə oğurluq edən şəxslər ələ keçdilər  |     18:23 Ötən il edilən oğurluqların üstü açıldı  |     18:00 Agentlikdən xəbərdarlıq: Dalğanın hündürlüyü 7,5 metrə çata bilər  |     17:57 Azərbaycanda bu avtomobillər bahalaşacaq  |     17:56 “Oba” marketdə nöqsanlar aşkarlandı  |     17:54 DİN-dən 8 Martda aksiya keçirmək istəyən qadınlara - Xəbərdarlıq  |     17:53 Karxanada başına daş düşən fəhlə öldü  |     17:38 Azərbaycanda koronavirusa yoluxanların sayı artdı  |     17:36 Heydər Əliyev Sarayına yeni mətbuat katibi təyin olundu - FOTO  |     17:32 Cəbrayılın Papı kəndindən görüntülər - VİDEO  |     17:08 İtkin düşən iki yaşlı uşaq xilas edildi - FOTO  |    

İlham Əliyevin fərmanı ilə yeni publik hüquqi şəxslər yaradılıb - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalayıb.

Fərmana əsasən “Mərkəzi icra hakimiyyəti orqanı” hüquqi statusuna malik Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi əsasında “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi” publik hüquqi şəxs, “Mərkəzi icra hakimiyyəti orqanının statusuna bərabər sayılan dövlət orqanı” hüquqi statusuna malik Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi əsasında “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi” publik hüquqi şəxs yaradılıb.

Həmçinin “Mərkəzi icra hakimiyyəti orqanının statusuna bərabər sayılan dövlət orqanı” hüquqi statusuna malik Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi əsasında Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs, “Dövlət orqanı” hüquqi statusuna malik Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) əsasında “Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC)” publik hüquqi şəxs yaradılıb.

Bundan başqa, “İcra hakimiyyəti orqanı” hüquqi statusuna malik Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi əsasında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi” publik hüquqi şəxs, “İcra hakimiyyəti orqanı” hüquqi statusuna malik Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi əsasında “Dənizkənarı Bulvar İdarəsi” publik hüquqi şəxs, “İcra hakimiyyəti orqanı” hüquqi statusuna malik Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi əsasında “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxs yaradılıb.

Sənədə əsasən, “İcra hakimiyyəti orqanı” hüquqi statusuna malik Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi əsasında “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs, “İcra hakimiyyəti orqanı” hüquqi statusuna malik Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi əsasında “Tərcümə Mərkəzi” publik hüquqi şəxs yaradılıb.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilib və onun səlahiyyətləri Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə həvalə edilib.

Fərmana əsasən Nazirlər Kabineti bu fərmanla yaradılan publik hüquqi şəxslərin Nizamnaməsinin layihəsini, yeni yaradılan publik hüquqi şəxslərin təsisçisinin səlahiyyətlərini həyata keçirənlər barəsində təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 493 24.11.16 18:05