Palatadan xəbərdarlıq: Bankı “batıran” bankirlər həbs olunacaq » Median.Az News Agency


Palatadan xəbərdarlıq: Bankı “batıran” bankirlər həbs olunacaq
“Azərbaycanda bankların müflisləşməsinə səbəb olan qərarlar verən bank menecerləri cinayət məsuliyyətinə cəlb olunacaq”.

Median.Az Fins.az-a istinadən xəbər verir ki, bu barədə bu gün işinə başlayan bank forumunda bildirilib.

Forumda Maliyyə Bazaralarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib ki, bank sistemində görüləcək əsas tədbirlərdən biri də bank menecerlərinin məsuliyyətinin ciddi surətdə artırılması olacaq.

“Təkcə lisenziyanın alınması ilə iş bitmir”

Rüfət Aslanlının sözlərinə görə, Plata qarşısına məqsəd qoyub ki, bundan sonra sistemdə olan hər hansı bankla bağlı problem yarananda onun lisenziyasının geri çağırılmasından daha çox “bank rezolyution” alətləri tətbiq edilsin. Bura digər məsələlərlə yanaşı, bank menecmentinin məsuliyyətinin artırılması da aiddir.

“Hesab edirəm ki, əgər bank menecmenti bankın fəaliyyəti ilə bağlı yüksək səviyyədə cvavabdehlik daşımalıdır” - deyə Rüfət Aslanlı bank sektoruna xəbərdarlıq edib. Onun sözələrinə görə, hazırda xüsusilə bank menecmentinin məsuliyyəti ilə bağlı hüquqi qanunvericilik paketi hazırlanır”.

Bank menecerləri cinayət məsuliyyətinə cəlb oluna bilər

Palata rəhbəri bildirib ki, qanunveriiliyə ediləcək dəyişikliklərdə bu proses (bankların batması) zamanı vergi ödəyicilərinə, ayrı-ayrı şəxslərə və ümumilikdə sistemə dəyən ziyanla bağlı onların məsuliyyət məsələsi həll olunacaq: “Hətta dəymiş ziyanın dərəcəsindən asılı olaraq bu məsuliyyət cinayət məsuliyyətinə qədər qalxa bilər”. Başqa sözlə, ola bilər ki, bank menecmenti cinayət məsuliyyətinə cəlb olunsun.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          727 24.11.16 17:32