"İnterpol"dan Azərbaycana məktub gəldi » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:31 DİM: Özəl universitetlər intellektli tələbələrin təhsilhaqqına güzəşt etməlidir  |     19:25 İyirmi altı müəllim peşə məktəblərində işə qəbul edilib  |     19:12 Хəzər dənizində 100-dən çox nərə balığını qanunsuz ovlayan şəxslər həbs edilib - RƏSMİ  |     19:05 Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb  |     18:38 Toy edənlərin icazə alma qaydası açıqlanıb - VİDEO  |     18:30 "Naxçıvan” Beynəlxalq Hava Limanı AZAL-ın tebeliyindən çıxarılır - QƏRAR  |     18:21 Zaqatalada ağır qəza: Ölən və xəsarət alanlar var  |     17:58 Ceyhun Bayramov Səudiyyə Ərəbistanına rəsmi səfərə getdi  |     17:51 Azərbaycandan İrana 20 məhkum ekstradisiya edildi  |     17:33 Koronavirusun “Hindistan” ştammı Türkiyəyə çatdı  |     17:11 Azərbaycanda iki uşaq qohumu tərəfindən zorakılığa məruz qalıb  |     16:52 Azərbaycanda son sutkada koronavirusdan 2 nəfər ölüb - FOTO  |     16:49 Azərbaycanda abituriyentlərin ən çox seçdiyi ixtisasların adları açıqlanıb - SİYAHI  |     16:45 Rusiya Qara dənizdə Britaniya gəmisinə atəş açdı  |     15:49 Lerikdə 6 tona yaxın narkotik maddə aşkarlandı  |     15:44 Azərbaycanda abituriyentlərin ən çox seçdiyi ixtisasların adları açıqlanıb - SİYAHI  |     15:42 Erməni əsirliyində olan azərbaycanlı: “Hər gecə ac-susuz dəfələrlə döyürdülər”  |     15:37 Türkiyə klubu millimizin futbolçusu ilə anlaşıb, “Sabah”ın transferdən xəbəri yoxdur  |     13:42 Sakinlər tikinti şirkətinin təklifi ilə razılaşmır: “Heç olmasa 200 min versinlər” - VİDEO  |     13:10 Bakıda daha bir ərazidə yanğın başladı: Tıxac yaranıb - FOTO  |    

"İnterpol"dan Azərbaycana məktub gəldi
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sabiq Aparat rəhbəri Səfər İmanovun beynəlxalq axtarışı ilə bağlı "İnterpol" Azərbaycan tərəfinə məktub göndərib.

Bu barədə report-a vəkil Kamandar Nəsibov bildirib.

Onun sözlərinə görə, məktubda qeyd edilib ki, sabiq Aparat rəhbərinin "İnterpol" kanalları ilə beynəlxalq axtarışı davam edir: ""İnterpol"dan göndərilən məktubda bildirilir ki, Səfər İmanovun yerinin müəyyən olunması istiqamətində bu günə kimi yararlı məlumat daxil olmayıb".

Qeyd edək ki, AQUPDK-nun sabiq aparat rəhbəri S.İmanovun vətəndaş E.Kərimovu işə düzəltmək adı ilə ondan külli miqdarda pul alaraq aldatması ilə əlaqədar həmin komitədən daxil olmuş müraciət Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırma zamanı qeyd olunan komitənin sabiq aparat rəhbəri S.İmanovun 2012-ci ildə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaş E.Kərimovu məsul vəzifəyə təyin etdirəcəyi vədi ilə aldadaraq 170 min ABŞ dolları məbləğində pulunu ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan, fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 459 24.11.16 16:58