Satıcıların fırıldağı kameralara düşdü - Müştəriləri belə aldadırlar - VİDEO + FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:32 Qazaxda avtomobil maneəyə çırpıldı, xəsarət alan var  |     22:28 Qəbələdə şəhid Bəhruz Abuşovun xatirəsi yad edilib  |     22:27 "Grand Chess Tour": Teymur Rəcəbovdan 3 heç-heçə  |     22:26 NRYTN: "WhatsApp" və "Instagram" platformalarına daxilolmada problem yaranıb  |     22:26 Oğuzda qadın sürücü on yaşlı uşağı vurub  |     22:25 Şuşada silah-sursat aşkar edilib  |     22:24 Şamaxıda heyvan kəsimi məntəqələrində reydlər keçirilib  |     22:23 FIFA Meksikanı cəzalandırdı  |     22:23 Azərbaycana gətirilən 1.2 ton hind quşu dərisi yararsız çıxdı  |     22:22 Yeni Zelandiyada tornado bir nəfərin həyatına son qoyub  |     22:21 Naxçıvanda Külək-Günəş Hibrid Elektrik Stansiyası istifadəyə verilib  |     21:55 "Dalga beach"da karantin qaydaları pozuldu (VİDEO)  |     21:47 Ermənistanda keçiriləcək parlament seçkilərində “sürprizlər”lər gözlənilir  |     21:43 "Barselona" niderlandlı hücumçunu transfer etdi  |     21:23 Səfir: "Azərbaycanla İranın tikdiyi körpü Şimal-Cənub dəhlizində mühüm yer tutur"  |     21:11 Gürcüstanda Hindistan ştammına yoluxanların sayı artıb  |     20:58 Moskvada pirotexnika anbarında güclü yanğın - VİDEO  |     20:40 Kürdə gənc qız batıb  |     20:26 AVRO-2020: Ronaldu Almaniyaya da qol vurdu - YENİLƏNİR  |     20:15 Naftalanda sanatoriyada istirahət edən kişi otağında ölü tapılıb  |    

Satıcıların fırıldağı kameralara düşdü - Müştəriləri belə aldadırlar - VİDEO + FOTO
Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, deyilənə görə, belə hallarla mərkəzi bazarın ətrafında, Vaqif küçəsində rastlaşmaq olur.

Bu ərazilərdə qanunsuz küçə ticarətilə məşğul olanlar nə ağına baxır, nə bozuna - hər rast gələn müştəriyə kələk gəlirlər. Hədəfi seçib gözlədik. Nədənsə bu iki xanımın alış-verişi bir az uzun çəkdi. Aldıqlarını yoxlamaq qərarına gəldik. Xanımlar zirək çıxıb, aldanmayıb. Təəssüf ki, bunu növbəti yaxınlaşdığımız istehlakçıya şamil edə bilmirik.

Çəkisində aldadıldığımız meyvələri kor-peşman qaytarmalı olduq. Özü də ikinci dəfə! Çünki bundan əvvəlki alış-verişimizdə də eyni aqibətlə üzləşdik. Alıcılar arasında küçə ticarətçiləri tərəfindən aldadıldığını bilib haqqını tələb etməyənlərə də rast gəldik.

Fazil Paşayev - Azad İstehlakçılar Birliyinin nümayəndəsi: "Çoxu bilir. Amma mentalitet məsələsidir - utancındanmı, nədənmi, düşünür ki, 200 qrama görə lazım deyil, gedib tələb etmir. Aydın məsələdir ki, alıcını aldatmaq məqsədilə aşağı qiymətlər təklif edirlər. Amma çəkidə aldadırlar. Yoxlasan, görərsən ki, supermarketdən almaq daha sərfəlidir. Küçələrdən yox, marketlərdən almaq məsləhətdir".

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətilə də əlaqə yaratdıq. Qurumdan bildirildi ki, söhbət ölçmə cihazlarından getdiyinə görə məsələ ilə bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə müraciət etmək lazımdır. Aidiyyəti qurumun da mövqeyilə maraqlandıq.

Fazil Talıblı - SMPDK-nın mətbuat xidmətinin rəhbəri: "Yoxlamaların dayandırıldığı bir vaxtda sahibkarlar bilməlidirlər ki, vəziyyətdən sui-istifadə hallarına gətirib çıxarmamalıdır. Tərəzilərin düzgün işləməməsi, çəkidə istehlakçıların aldadılması istehlakçı hüquqlarının pozulmasıdır. Əgər komitənin 963 nömrəli qaynar xəttinə, yaxud komitənin özünə müraciət olunarsa, tərəfimizdən araşdırıla bilər".

Qanunsuz küçə ticarəti ilə məşğul olanları İnzibati Xətalar Məcəlləsinə əsasən, 80 manat cərimə gözləyir. Bunun üzərinə aldatma da əlavə olunursa, bu, artıq cinayət sayılır. Yoxlamalar aparılmasa da, vətəndaşlar tərəfindən müvafiq qurumlara daxil olan şikayətlər isə araşdırmaya əsas ola bilər. Neqativ halların qarşısını bu yolla almaq mümkündür. Digər bir yolu isə buna imkan verməməkdir. Odur ki, istehlakçılar fəal olmalı, lazım gəldikdə aidiyyəti üzrə müraciət etməli, öz hüquqlarını tələb etməklə digərlərinin haqqına girən işbazlara yaxşıca dərs verməlidirlər.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 486 23.11.16 18:51