Azərbaycanda anaların ölümü qeydə alınmayan rayonlar » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:55 "Dalga beach"da karantin qaydaları pozuldu (VİDEO)  |     21:47 Ermənistanda keçiriləcək parlament seçkilərində “sürprizlər”lər gözlənilir  |     21:43 "Barselona" niderlandlı hücumçunu transfer etdi  |     21:23 Səfir: "Azərbaycanla İranın tikdiyi körpü Şimal-Cənub dəhlizində mühüm yer tutur"  |     21:11 Gürcüstanda Hindistan ştammına yoluxanların sayı artıb  |     20:58 Moskvada pirotexnika anbarında güclü yanğın - VİDEO  |     20:40 Kürdə gənc qız batıb  |     20:26 AVRO-2020: Ronaldu Almaniyaya da qol vurdu - YENİLƏNİR  |     20:15 Naftalanda sanatoriyada istirahət edən kişi otağında ölü tapılıb  |     19:59 Qazaxda taxıl sahəsi yanır  |     19:41 Azərbaycan XİN Ermənistana cavab verdi  |     19:19 Qadın tennis millimiz Dünya Kubokunu ardıcıl üçüncü qələbə ilə başa vurdu - YENİLƏNİB  |     19:02 Operativ Qərargah məlumat yaydı  |     18:51 Ərdoğan və Putin İranın yeni prezidentini təbrik etdi  |     18:39 Biləsuvar Mərkəzi Xəstəxanasının direktoru işdən çıxarıldı  |     18:30 Yeni qanunlarla sosial sığorta şəhadətnaməsi ləğv olunur  |     18:26 Azərbaycanda son sutkada koronavirusdan ölüm qeydə alınmadı - FOTO  |     18:11 Sankt-Peterburqdakı Baş konsulluq erməni təxribatının qarşısını alıb  |     17:35 Rusiyalı məşhur müğənni komadadır  |     17:21 “Caliber” 457 yüksəkliyi barədə: “Mübariz İbrahimovun qisası alındı” - VİDEO  |    

Azərbaycanda anaların ölümü qeydə alınmayan rayonlar
Median.Az xəbər verir ki, Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova APA-ya deyib ki, 2009-cu ildən bu günə kimi Azərbaycanın 2 rayonunda heç bir ana ölümü baş verməyib. Onun sözlərinə görə, bunlar Oğuz və Şabran rayonlarıdır. S.Məmmədova qeyd edib ki, Naxçıvanda isə 2009-cu ildən indiyə kimi yalnız 1 ana ölümü qeydə alınıb.

Komissiya sədri əlavə edib ki, bu gün ana ölümünün sayına görə lider Bakı şəhəridir: "Bütün regionlardan, bölgələrdən ağır xəstələr Bakıya təxliyə olunur, onların həyatda qalmasına çalışılsa da, bəzən nəticələr ağır olur. Bölgələr üzrə ana ölümləri ən çox Mərkəzi Aran, Gəncə-Qazax və Lənkəran iqtisadi rayonlarında qeydə alınır. Bundan sonra ana ölümləri Quba-Xaçmaz, Şəki-Zaqatala, Abşeron, Dağlıq Şirvan iqtisadi rayonlarında baş verir. Hər il ana ölümlərinin mütəmadi qeydə alındığı ərazilər isə Bakının Sabunçu rayonu, Gəncə, Şirvan şəhərləri, Goranboy, Bərdə, Neftçala rayonlarıdır".скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 814 23.11.16 18:05