Azərbaycanda üz tanıma qurğusunu kim alıb? - DYP-dən AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:02 Cəlilabad meşələrində yanğın olub  |     22:57 Daha 1 erməni hərbçinin meyitinin qalıqları təhvil verildi  |     22:56 Çində 29 saata on mərtəbəli bina tikdilər (VİDEO)  |     22:54 Azərbaycanlı güləşçi 0:7 uduzduğu görüşdə erməniyə qalib gəlib, hərbi salam verdi - VİDEO  |     22:32 Qazaxda avtomobil maneəyə çırpıldı, xəsarət alan var  |     22:28 Qəbələdə şəhid Bəhruz Abuşovun xatirəsi yad edilib  |     22:27 "Grand Chess Tour": Teymur Rəcəbovdan 3 heç-heçə  |     22:26 NRYTN: "WhatsApp" və "Instagram" platformalarına daxilolmada problem yaranıb  |     22:26 Oğuzda qadın sürücü on yaşlı uşağı vurub  |     22:25 Şuşada silah-sursat aşkar edilib  |     22:24 Şamaxıda heyvan kəsimi məntəqələrində reydlər keçirilib  |     22:23 FIFA Meksikanı cəzalandırdı  |     22:23 Azərbaycana gətirilən 1.2 ton hind quşu dərisi yararsız çıxdı  |     22:22 Yeni Zelandiyada tornado bir nəfərin həyatına son qoyub  |     22:21 Naxçıvanda Külək-Günəş Hibrid Elektrik Stansiyası istifadəyə verilib  |     21:55 "Dalga beach"da karantin qaydaları pozuldu (VİDEO)  |     21:47 Ermənistanda keçiriləcək parlament seçkilərində “sürprizlər”lər gözlənilir  |     21:43 "Barselona" niderlandlı hücumçunu transfer etdi  |     21:23 Səfir: "Azərbaycanla İranın tikdiyi körpü Şimal-Cənub dəhlizində mühüm yer tutur"  |     21:11 Gürcüstanda Hindistan ştammına yoluxanların sayı artıb  |    

Azərbaycanda üz tanıma qurğusunu kim alıb? - DYP-dən AÇIQLAMA
Türkiyəli mühəndis Akif Ekin şübhəli şəxsləri hərəkətə keçmədən zərərləşdirən texnikanın Azərbaycana da satıldığı barədə açıqlama vermişdi.

Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, polis maşınlarının lampalarına yerləşdirilən sistem hərəkətlərindən şübhələnilən və ya axtarılan şəxsi aşkar etdikdə həmin şəxsin şəhər daxilindəki bütün hərəkətləri izlənməyə başlanır, hətta onu zərərsizləşdirir. Sözügedən təhlükəsizlik aparatı üz tanıma, sürət müəyyənləşdirmək kimi xüsusiyyətlərə sahibdir.

Sayt bu məqamda üz tanıma kimi mühüm xüsusiyyətə malik olan bir sistemin Azərbaycan polisi tərəfindən necə istifadə edilməsi ilə maraqlanıb. Lakin məlum olub ki, Türkiyəli mühəndisin dediyinin əksinə olaraq, Azərbaycan bu kimi üz tanıma sistemini sözügedən ölkədən satın almayıb.

Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyev qeyd edib ki, Ekin texnologiyasında sifət tanıma ilə bağlı sistem var: "Ancaq bizim yol patrul xidməti inspektorlarının istifadəsində olan avtomobillərdə belə sistem qurulmayıb. Üz tanıma sistemi ayrıca bir proqramdır. Ola bilər ki, o sistem başqa, yəni gömrük və ya sərhəd-keçid xidmətlərində istifadə olunur. Avtomobillərin tanınması, onların axtarışda olub-olmamasını isə hazırkı sistem müəyyən etmək gücündədir. Yol polisində isə üz tanıma ilə bağlı sistemə hazırda o qədər də zərurət yoxdur.

Bizdə, onsuz da, piyadanın iştirakı olmadan protokulun yazılması qanunvericilikdə nəzərdə tutulmayıb. Ancaq nəqliyyat vasitəsinin sürücüsünün iştirakı olmadan elektron protokol tərtib edilə bilər. Avtomobillərin nömrə tanınma sistemi də hazırda yol patrul xidməti avtomobillərində var. Əgər gələcəkdə piyadaların iştirakı olmadan elektron protokolların tərtib olunması ilə bağlı qanunda dəyişikliklər olarsa o zaman bu cür sistemlərin alınmasına ehtiyac yaranar".

Bəs Post Patrul Xidməti və Çevik Polis Alayının xidməti avtomobillərində belə sistem quraşdırılıbmı ?

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidov qafqazinfo-ya açıqlamasında sözügedən xidməti avtomobillərə üz tanıma sisteminin quraşdırılmasından xəbərsiz olduğunu bildirib.

Yol məsələləri üzrə ekspert Ərşad Hüseynov da qeyd edib ki, onun bildiyinə əsasən, nə yol patrul xidməti (YPX) avtomobillərində, nə də ki post patrul xidməti (PPX) avtomobillərində üz tanıma sistemi yoxdur: "Ola bilər ki bu məsələdə hansısa konfidensiallığı nəzərə alırlar, ona görə də açıqlamaq istəmirlər. Bizdə bütün şəxslər haqqında Milli Avtomatlaşdırılmış Pasport Sistemi (MAPS) var. O sistemdə hamımızın şəkli var. Həmin foto ilə həyatda görünən görüntünü müəyyən dəqiqliklə eyniləşdirmək olur. Yüz faiz dəqiqləşdirilmə isə dünyanın heç bir yerində yoxdur. Çünki hər hansı şəxs görünüşcə dəyişə bilər.

Ümumiyyətlə isə, üz tanıma hüquq pozuntuları ilə mübarizə üzrə ən son texnologiyalardan biri sayılır. Konkret axtarışda olan adamları həmin texnikalar vasitəsilə tanımaq istəyirlər. Ölkənin ərazisində stasionar kameralar quraşdırılır. O kameralarda da axtarılan şəxs görüldükdə təxmini olaraq axtarılan şəxsin haradan keçməsi qeyd olunur".

Onu da qeyd edək ki, Youtube-də Azərbaycan yol polisinin bu texnologiyadan istifadə etməsi haqda "Ekin Patrol Bakıda keçiriləcək ilk Avropa Olimpiya Oyunlarında təhlükəsizliyini təmin edir" başlıqlı rolik də yerləşdirilib.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 265 23.11.16 17:55