Şahbaz Quliyevin qardaşı: "Çəkisi 110 kq-dan 50 kq-a düşüb" - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:44 Kosmik Agentlikdə yüksək vəzifəyə təyinat  |     13:29 Azərbaycanda terror-təxribat törədən erməni terrorçularının məhkəməsi başlayır  |     13:28 Azərbaycanda sabiq deputat vəfat etdi  |     13:27 Selena Qomez gözəllik və psixoloji sağlamlıq arasında əlaqə kəşf edib  |     13:25 ABŞ dəyərli metalı almaq üçün SSRİ-ni necə aldadıb?  |     13:08 İnternetin yaradıcısı onun mənbə kodunu satışa çıxarır  |     12:59 Çinin bir addımı bütün dünya ticarətini təhlükə altında qoydu  |     12:58 Cənubi Koreya Yaponiya ilə mübahisəli ərazidə təlimlərə başladı  |     12:38 ABŞ-a 113 ölkədən it gətirilməsinə qadağa qoyulub  |     12:23 COVID-19 olan uşaqlarda irinli appendisit riski müəyyən olunub  |     12:22 BMT Çində məhkumların orqanlarının çıxarıldığını iddia edir  |     12:20 ABŞ-da təqaüdçü qadın cavan vaxtı itirdiyi üzüyünü 63 il sonra tapdı  |     12:06 İsveç Ordusunun Baş komandanından Rusiya ilə müharibəyə hazırlıq çağırışı  |     11:57 Levon Ter-Petrosyan: “Dünya Qarabağı Azərbaycan ərazisi hesab edir, hər şey bitdi”  |     11:51 Türkiyə-Uels oyununa azarkeşlər ekspress marşrutlarla daşınacaq  |     11:49 Bakıda ər-arvadı avtomobil vurdu  |     11:13 Dünya bazarında neft qiymətləri  |     23:55 Putinin yüksək vəzifə verdiyi NEFTÇALALI GENERAL GÖRÜN KİM İMİŞ  |     23:53 Azərbaycanda kombayn istehsal ediləcək  |     23:32 Leyla Əliyevadan AVRO-2020 ilə bağlı paylaşım – VİDEO  |    

Şahbaz Quliyevin qardaşı: "Çəkisi 110 kq-dan 50 kq-a düşüb" - VİDEO
Artıq 3 ilə yaxındır ki, Ermənistan tərəfindən girov saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyev işgəncə və qeyri-insani rəftara məruz qalır.

Median.Az apa.tv-ə istinadən xəbər verir ki, bunu Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Dilqəm Əsgərov və Şahbaz Quliyevin Hüquqlarını Müdafiə Komitəsinin növbəti iclasında deyib.

O bildirib ki, girovların geri qaytarılması istiqamətində iş getsə də, heç bir nəticəsi yoxdur və beynəlxalq təşkilatlar bu günə qədər susurlar: "Hər kəs təxmini də olsa, təsəvvür edə bilər ki, bu gün erməni əsirliyində olmaq nə deməkdir? Bir azərbaycanlı erməni əsirliyində hansı əzabları, hansı zülmləri çəkir? Xüsusilə də Dilqəm və Şahbaz. Ermənilərin xüsusi nifrət elədiyi Dilqəm. Onların üzərində qondarma məhkəmə prosesi quruldu və bu məhkəmənin obyektivliyinə heç kim inana bilməz".

Şahbaz Quliyevin qardaşı İlham Quliyev isə girovların vəziyyətinin acınacaqlı olduğunu bildirib. Onun sözlərinə görə, qardaşı Şahbaz 3 il ərzində 110 kq-dan 50 kq-a qədər arıqlayıb: "Belə görürəm ki, 1 ildən sonra onlarda adamlıq qalmayacaq. Məni Qızıl Xaça dəvət etdilər. Şəkillərinə baxdım. Demək olar ki, o insan yox dərəcəsindədir".

İclas iştirakçıları adından Azərbaycan prezidentinə, BMT-nin insan hüquqları üzrə ali komissarına və Rusiyanın Azərbaycandakı səfirinə müraciət qəbul olunub. Müraciətdə bildirilir ki, D.Əsgərov və Ş.Quliyev qənaətbəxş şəraitdə saxlanılmır, onlara qarşı beynəlxalq insan hüquqları normaları pozulub və pozulmaqda davam edir.

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz "məhkəmə" qurulub. "Məhkəmə"nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 555 23.11.16 17:53