Bu mənzilə 4 ildir ki, baş çəkən yoxdur, aşkarlananlar isə xilasediciləri dəhşətə gətirib - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:02 Cəlilabad meşələrində yanğın olub  |     22:57 Daha 1 erməni hərbçinin meyitinin qalıqları təhvil verildi  |     22:56 Çində 29 saata on mərtəbəli bina tikdilər (VİDEO)  |     22:54 Azərbaycanlı güləşçi 0:7 uduzduğu görüşdə erməniyə qalib gəlib, hərbi salam verdi - VİDEO  |     22:32 Qazaxda avtomobil maneəyə çırpıldı, xəsarət alan var  |     22:28 Qəbələdə şəhid Bəhruz Abuşovun xatirəsi yad edilib  |     22:27 "Grand Chess Tour": Teymur Rəcəbovdan 3 heç-heçə  |     22:26 NRYTN: "WhatsApp" və "Instagram" platformalarına daxilolmada problem yaranıb  |     22:26 Oğuzda qadın sürücü on yaşlı uşağı vurub  |     22:25 Şuşada silah-sursat aşkar edilib  |     22:24 Şamaxıda heyvan kəsimi məntəqələrində reydlər keçirilib  |     22:23 FIFA Meksikanı cəzalandırdı  |     22:23 Azərbaycana gətirilən 1.2 ton hind quşu dərisi yararsız çıxdı  |     22:22 Yeni Zelandiyada tornado bir nəfərin həyatına son qoyub  |     22:21 Naxçıvanda Külək-Günəş Hibrid Elektrik Stansiyası istifadəyə verilib  |     21:55 "Dalga beach"da karantin qaydaları pozuldu (VİDEO)  |     21:47 Ermənistanda keçiriləcək parlament seçkilərində “sürprizlər”lər gözlənilir  |     21:43 "Barselona" niderlandlı hücumçunu transfer etdi  |     21:23 Səfir: "Azərbaycanla İranın tikdiyi körpü Şimal-Cənub dəhlizində mühüm yer tutur"  |     21:11 Gürcüstanda Hindistan ştammına yoluxanların sayı artıb  |    

Bu mənzilə 4 ildir ki, baş çəkən yoxdur, aşkarlananlar isə xilasediciləri dəhşətə gətirib - FOTO
Rusiyanın Yekaterinburq şəhərində bu yaxınlarda müdhiş bir hadisə baş verib. Çoxmənzilli evin dayaqlarından birində su sızıntısını aradan qaldıran kommunal xidmət işçiləri bağlı qapını qırmalı olublar.

Kommunal xidmət işçiləri polislərin müşayəti altında içəriyə daxil olduqları zaman dəhşətli mənzərə ilə qarşılaşıblar: yataq otağındakı çarpayıda mənzilin ölmüş sahibəsi uzanırdı, onun cəsədi mumiyaya çevrilmişdi.

Bu mənzilə 4 ildir ki, baş çəkən yoxdur, aşkarlananlar isə xilasediciləri dəhşətə gətirib - FOTO


Ölmüş qadının 1945-ci il təvəllüdlü Lüdmila Nikolayevna Korotayeva olduğu məlum olub. Qonşuların xatirələrinə əsasən, qadın bir zamanlar müəllimə işləyib. Qadın kifayət qədər qapalı həyat tərzi keçirib, binanın qalan sakinləri də öz aralarında bir o qədər ünsiyyət qurmağa meyilli olmayıblar, bu səbəbdən heç kəs insanın uzun müddət keçməsinə baxmayaraq görünmədiyinə fikir verməyib...

Bu mənzilə 4 ildir ki, baş çəkən yoxdur, aşkarlananlar isə xilasediciləri dəhşətə gətirib - FOTO


Evdə aşkarlanan ödəniş qəbzlərinə əsasən, qadın hələ 2012-ci ildə ölüb. Məlum olmayan səbəblərdən cəsəd çürümək yerinə mumiyalaşıb. Məhz bu səbəbdən ev sakinlərindən heç biri xarakterik qoxunu hiss etməyib və həyəcan təbili çalmayıb.

Bu mənzilə 4 ildir ki, baş çəkən yoxdur, aşkarlananlar isə xilasediciləri dəhşətə gətirib - FOTO


Hazırda qadının cəsədi müayinə edilir. Ekspertlər ölüm tarixini təyin etməyə çalışırlar. Sadə vətəndaşları isə belə bir sual narahat edir: “mumiyalaşmaya səbəb nədir?”.

Bu mənzilə 4 ildir ki, baş çəkən yoxdur, aşkarlananlar isə xilasediciləri dəhşətə gətirib - FOTO


Bir çoxları dini nöqteyi nəzərdən çıxış edərək dərin dini inancın və təmiz vicdanın çürüməyə mane olduğunu ehtimal edir.

Bu mənzilə 4 ildir ki, baş çəkən yoxdur, aşkarlananlar isə xilasediciləri dəhşətə gətirib - FOTO


Alimlər isə mumiyalaşmaya daha skeptik yanaşırlar. Onların sözlərinə əsasən, buna iqlim şəraiti, o cümlədən mərhumun rasionu səbəb olur. Vaxtaşırı oxşar vəziyyətlərdə belə mumiyalar aşkarlanır.

Bu mənzilə 4 ildir ki, baş çəkən yoxdur, aşkarlananlar isə xilasediciləri dəhşətə gətirib - FOTO


(interaztv.com)скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 091 23.11.16 14:07