“6-7 kiloqram qızılı bankalara yığdıq” - Çingiz Baxşıyev » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:58 Ceyhun Bayramov Səudiyyə Ərəbistanına rəsmi səfərə getdi  |     17:51 Azərbaycandan İrana 20 məhkum ekstradisiya edildi  |     17:33 Koronavirusun “Hindistan” ştammı Türkiyəyə çatdı  |     17:11 Azərbaycanda iki uşaq qohumu tərəfindən zorakılığa məruz qalıb  |     16:52 Azərbaycanda son sutkada koronavirusdan 2 nəfər ölüb - FOTO  |     16:49 Azərbaycanda abituriyentlərin ən çox seçdiyi ixtisasların adları açıqlanıb - SİYAHI  |     16:45 Rusiya Qara dənizdə Britaniya gəmisinə atəş açdı  |     15:49 Lerikdə 6 tona yaxın narkotik maddə aşkarlandı  |     15:44 Azərbaycanda abituriyentlərin ən çox seçdiyi ixtisasların adları açıqlanıb - SİYAHI  |     15:42 Erməni əsirliyində olan azərbaycanlı: “Hər gecə ac-susuz dəfələrlə döyürdülər”  |     15:37 Türkiyə klubu millimizin futbolçusu ilə anlaşıb, “Sabah”ın transferdən xəbəri yoxdur  |     13:42 Sakinlər tikinti şirkətinin təklifi ilə razılaşmır: “Heç olmasa 200 min versinlər” - VİDEO  |     13:10 Bakıda daha bir ərazidə yanğın başladı: Tıxac yaranıb - FOTO  |     12:56 Cəlilabad sakinindən tapança aşkarlandı  |     12:55 Benzinin gömrük dəyəri AÇIQLANIB  |     12:54 “Barsa” Ronaldu üçün “Yuventus”a iki futbolçu təklif edəcək  |     12:48 “Bandotdel” silsilə əməliyyat keçirdi: Tutulanlar var - FOTO/VIDEO  |     12:42 Azərbaycan Dünya Bankının kreditindən imtina etdi - RƏSMİ  |     12:40 Kürdəmirdə münaqişə ölümlə nəticələndi  |     12:37 Ermənistanı sarsıdan iddia: Paşinyan Azərbaycanın ərazi bütövlüyü ilə bağlı sənəd imzalayacaq  |    

“6-7 kiloqram qızılı bankalara yığdıq” - Çingiz Baxşıyev
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sabiq nəzarətçisi Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib. Prokuror ittiham aktını elan edib.

R Əhmədov elan olunan ittiham üzrə özünü təqsirli bilməyib.

Daha sonra zərərçəkmiş şəxs qismində ifadə verən Çingiz Baxşıyev bildirib ki, təqsirləndirilən R. Əhmədov onun yanında müfəttiş vəzifəsində işləyib. Onun sözlərinə qohum olduqları hər şeyi ona etibar edib və 12 il bir yerdə işləyiblər. “2015-ci ilin axırlarında mən yoldaşımla müalicəyə gedirdim. Gedəndə qızıllarımızı Rövşən Əhmədova etibar etdim. Qızılları bankalara yığdıq, üstünə də içində nə olduğunu yazdıq. Rövşənə dedim ki, biz gedib gələnə kimi bunu saxla, gələndən sonra götürərik. Yoldaşım dedi ki, Rövşən, biz ömür boyu nə yığmışıqsa, hamısı burdadı, bunu yaxşı saxla. Orada təxminən 6-7 kiloqram qızıl vardı".

Ç.Baxşıyevin sözlərinə görə, R.Əhmədova qızılları təhvil verəndən bir müddət sonra onun həyatına qəsd etmək istəyib: "Bu ilin fevral ayında Rövşən Əhmədov Bayraq Meydanında mənimlə gəzirdi. Onun əlində qabda su vardı, sonra suyu mənə təklif etdi və mən də içdim. Səhər yuxudan duranda, halım pisləşdi. Məni xəstəxanaya apardılar, mədəm qan içindəydi. Uzun müalicədən sonra halım düzəlmədi, təcili Avstriyaya apardılar. İki həftə orda qaldım, amma bir şey tapa bilmədilər. Mədəmdə iki litr qan vardı".

Zərərçəkmiş deyir ki, sonradan Rövşən ondan qızılları hara qoymağı soruşub: "Qızılları qızım Fatiməyə verməyi tapşırdım. Sonradan Fatimə qızılların üstündən götürüldüyünü dedi. Çünki qızıllar ona veriləndə, 6-7 kiloqram idi. Mən qayıdanda, qızım mənə dedi ki, qızıllar çox yüngüldü. Baxdım, orada 300-400 qram qızıl qalmışdı. Sonra Rövşənə zəng elədim ki, bizə gəl. Rövşənin yanında bağlamanı göstərib dedim ki, burda heç nə yoxdur. İkinci qabda da qızıl az idi. Soruşdum ki, qızıl sikkələr hardadı? Rövşən sanki şirə döndü, üstümə qışqırmağa başladı. Dedim, get qızılları bura gətir”.

Ç.Baxışov ifadəsində göstərib ki, sonralar dəfələrlə R.Əhmədova zəng vursa da, cavab verməyib: "Sonra da dedi ki, məndə qızıl yoxdur. Ona görə də, şikayət etdim və Rövşəni saxladılar. Müstəntiqə deyirdi ki, məni buraxın, qızılları gətirim. Bundan sonra Rövşənin vəkili vasitəsilə mətbuatda əleyhimə böhtan kampaniyası başladı. Mənə hər tərəfdən təzyiq edirdilər. Haqqımda həqiqətə uyğun olmayan şeylər yazırdılar. Məqalələrin hamısını yığıb saxlamışam, istəsəniz məhkəməyə təqdim edə bilərəm".

Sonra Ç.Baxşıyev dövlət ittihamçısının və təqsirləndirilənin vəkili Adəm Məmmədovun suallarını cavablandırıb.

Qeyd edək ki, R. Əhmədov nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri Çingiz Baxşıyevə və onun qızlarına məxsus 800 min manat dəyərində qızıl-zinət əşyalarını öz mülkiyyətinə keçirməkdə ittiham olunur.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 495 22.11.16 19:02