Müəllimlər məktəbin dağıldığını söyləyirlər, direktor isə əksini iddia edir - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:58 Ceyhun Bayramov Səudiyyə Ərəbistanına rəsmi səfərə getdi  |     17:51 Azərbaycandan İrana 20 məhkum ekstradisiya edildi  |     17:33 Koronavirusun “Hindistan” ştammı Türkiyəyə çatdı  |     17:11 Azərbaycanda iki uşaq qohumu tərəfindən zorakılığa məruz qalıb  |     16:52 Azərbaycanda son sutkada koronavirusdan 2 nəfər ölüb - FOTO  |     16:49 Azərbaycanda abituriyentlərin ən çox seçdiyi ixtisasların adları açıqlanıb - SİYAHI  |     16:45 Rusiya Qara dənizdə Britaniya gəmisinə atəş açdı  |     15:49 Lerikdə 6 tona yaxın narkotik maddə aşkarlandı  |     15:44 Azərbaycanda abituriyentlərin ən çox seçdiyi ixtisasların adları açıqlanıb - SİYAHI  |     15:42 Erməni əsirliyində olan azərbaycanlı: “Hər gecə ac-susuz dəfələrlə döyürdülər”  |     15:37 Türkiyə klubu millimizin futbolçusu ilə anlaşıb, “Sabah”ın transferdən xəbəri yoxdur  |     13:42 Sakinlər tikinti şirkətinin təklifi ilə razılaşmır: “Heç olmasa 200 min versinlər” - VİDEO  |     13:10 Bakıda daha bir ərazidə yanğın başladı: Tıxac yaranıb - FOTO  |     12:56 Cəlilabad sakinindən tapança aşkarlandı  |     12:55 Benzinin gömrük dəyəri AÇIQLANIB  |     12:54 “Barsa” Ronaldu üçün “Yuventus”a iki futbolçu təklif edəcək  |     12:48 “Bandotdel” silsilə əməliyyat keçirdi: Tutulanlar var - FOTO/VIDEO  |     12:42 Azərbaycan Dünya Bankının kreditindən imtina etdi - RƏSMİ  |     12:40 Kürdəmirdə münaqişə ölümlə nəticələndi  |     12:37 Ermənistanı sarsıdan iddia: Paşinyan Azərbaycanın ərazi bütövlüyü ilə bağlı sənəd imzalayacaq  |    

Müəllimlər məktəbin dağıldığını söyləyirlər, direktor isə əksini iddia edir - FOTO
Median.Az musavat.com-a istinadən xəbər verir ki, məktəb Nizami küçəsində yerləşir. Təmirsiz olan məktəbin müəllimləri də vəziyyətdən şikayətçidirlər. Onlar işlərini itirmək təhlükəsindən qorxduqları üçün adlarının çəkilməsini istəməyiblər.

Şikayət edən sakinlər isə bildirirlər ki, məktəbdə istilik sistemi yoxdur. Şagirdlər özləri odun alıb, sobanı yandırmaqla sinif otaqlarını qızdırırlar: "Dövlət tərəfindən məktəb üçün ayrılan pullar mənimsənilir".

Məlumata görə, məktəb 1973-cü ildə istifadəyə verilib və heç vaxt təmir olunmayıb. Sakinlər məktəbə gedən yolun da bərbad vəziyyətdə olduğunu bildiriblər: "Yollar bərbad vəziyyətdədir. Uşaqlarımız hər gün bu palçıqlı kələ-kötür yollardan keçərək, dərsə gedirlər".

Kompüter otağı isə sinif otaqlarından heç nə ilə fərqlənmir. Təmirsiz bir otaqda istifadəyə yararsız, köhnə kompüterlər qoyulub. Otağın elektrik xətti belə, yoxdur.

O da bildirilir ki, idman zalının taxta döşəməsi çöküb, idman dərslərinin keçirilməsi mümkünsüz hala gəlib.

Məsələ ilə əlaqədar Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Şəhanə Əhmədova ilə əlaqə saxladıq.

Təhsil Şöbəsinin müdiri bildirdi ki, məktəbin əsaslı təmirə ehtiyacı var, lakin qəzalı vəziyyətdə deyil: "İdman zalı çox yaxşı vəziyyətdədir. Lap yaxşı da deyə bilmərəm, amma ən yaxşı idman zallarından biridir".

Ş.Əhmədova istlik sistemi ilə bağlı iddiaları da rədd etdi: "O məktəbin qazanxanası var. Məktəbə qaz verilir, şagirdlər ora necə odun gətirə bilərlər?"

Təhsil Şöbəsinin müdiri onu da bildirdi ki, bu il Təhsil Nazirliyi tərəfindən 830 ədəd "Lenovo" markalı kompüter göndərilib: "Bu il Təhsil Nazirliyi 830 ədəd "Lenovo" markalı kompüter göndərib və həmin kompüterlərin 20 ədədi H.Aslanov adına 3 saylı məktəbə bağışlanıb. Ümumiyyətlə, bizim məktəblərdə köhnə kompüter yoxdur. Hər il kompüterlərimiz təzələnir. O məktəb şəhərin mərkəzində olan məktəbdir. Xüsusilə mərkəzdə olan məktəb heç vaxt pis vəziyyətdə ola bilməz".

скачать dle 11.3

Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

            14 569 22.11.16 18:47