Rayon qeydiyyatında olanlara bəd xəbər » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:55 "Dalga beach"da karantin qaydaları pozuldu (VİDEO)  |     21:47 Ermənistanda keçiriləcək parlament seçkilərində “sürprizlər”lər gözlənilir  |     21:43 "Barselona" niderlandlı hücumçunu transfer etdi  |     21:23 Səfir: "Azərbaycanla İranın tikdiyi körpü Şimal-Cənub dəhlizində mühüm yer tutur"  |     21:11 Gürcüstanda Hindistan ştammına yoluxanların sayı artıb  |     20:58 Moskvada pirotexnika anbarında güclü yanğın - VİDEO  |     20:40 Kürdə gənc qız batıb  |     20:26 AVRO-2020: Ronaldu Almaniyaya da qol vurdu - YENİLƏNİR  |     20:15 Naftalanda sanatoriyada istirahət edən kişi otağında ölü tapılıb  |     19:59 Qazaxda taxıl sahəsi yanır  |     19:41 Azərbaycan XİN Ermənistana cavab verdi  |     19:19 Qadın tennis millimiz Dünya Kubokunu ardıcıl üçüncü qələbə ilə başa vurdu - YENİLƏNİB  |     19:02 Operativ Qərargah məlumat yaydı  |     18:51 Ərdoğan və Putin İranın yeni prezidentini təbrik etdi  |     18:39 Biləsuvar Mərkəzi Xəstəxanasının direktoru işdən çıxarıldı  |     18:30 Yeni qanunlarla sosial sığorta şəhadətnaməsi ləğv olunur  |     18:26 Azərbaycanda son sutkada koronavirusdan ölüm qeydə alınmadı - FOTO  |     18:11 Sankt-Peterburqdakı Baş konsulluq erməni təxribatının qarşısını alıb  |     17:35 Rusiyalı məşhur müğənni komadadır  |     17:21 “Caliber” 457 yüksəkliyi barədə: “Mübariz İbrahimovun qisası alındı” - VİDEO  |    

Rayon qeydiyyatında olanlara bəd xəbər
“Sosial mənzillərin tikilməsində əsas məqsəd insanların ev problemini həll etməkdir. Vətəndaşlar əmin olsunlar ki, heç kim bu layihədən kənarda qalmayacaq. Kimin ehtiyacı varsa, həmin şəxsə ev almaq üçün imkan yaradılacaq”

Median.Az xəbər verir ki, bunu AzVision.az-a millət vəkili Musa Quliyev deyib.

Deputat bildirib ki, kimlərin güzəştli şərtlərlə sosial mənzilə sahib olacağı açıqlanıb.

“Bu vaxta qədər kimlərin güzəştli şərtlərlə sosial ev alacağı haqda məlumatlar açıqlanıb. Digər açıqlamalar hələ verilməyib. Bununla bağlı yaradılmış Mənzil İnşaatı Dövlət Agentliyi cənab prezidentin tapşırığı ilə öz əsasnaməsini hazırlayır. İlin sonuna qədər lazım olan sənədlər tam hazır olacaq. Bundan sonra digər məsələlərlə bağlı insanları maraqlandıran məlumatlar açıqlanacaq”.

Millət vəkili vətəndaşları maraqlandıran mühüm məsələyə aydınlıq gətirib. Bildirib ki, rayon qeydiyyatında olan şəxslər Bakıda sosial ev ala bilməyəcək: “Evlər harada tikilirsə, orada qeydiyyatda olan şəxslərə satılacaq. Sözsüz ki, maaşın, iş yerinin və həmin vəsaiti ödəmək qabiliyyətinin olması əsas şərtlərdən biridir. Ümumilikdə ilin sonuna kimi digər açıqlamalar olacaq”.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 033 22.11.16 17:05