Mirşahin Ağayev Türkiyədə əməliyyat olundu – FOTO + VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:46 Nazirlikdən havadakı toz dumanı ilə bağlı MƏLUMAT  |     19:40 Baş nazirdən “Naxçıvan” Beynəlxalq Hava Limanının AZAL-ın tabeliyindən çıxarılması ilə bağlı QƏRAR  |     19:37 Prokurorluqdan Xəzərdə qanunsuz nərə ovu ilə bağlı AÇIQLAMA  |     19:36 Azərbaycanın 20-ci idmançısı Paralimpiya Oyunlarına lisenziya qazandı  |     19:31 DİM: Özəl universitetlər intellektli tələbələrin təhsilhaqqına güzəşt etməlidir  |     19:25 İyirmi altı müəllim peşə məktəblərində işə qəbul edilib  |     19:12 Хəzər dənizində 100-dən çox nərə balığını qanunsuz ovlayan şəxslər həbs edilib - RƏSMİ  |     19:05 Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb  |     18:38 Toy edənlərin icazə alma qaydası açıqlanıb - VİDEO  |     18:30 "Naxçıvan” Beynəlxalq Hava Limanı AZAL-ın tebeliyindən çıxarılır - QƏRAR  |     18:21 Zaqatalada ağır qəza: Ölən və xəsarət alanlar var  |     17:58 Ceyhun Bayramov Səudiyyə Ərəbistanına rəsmi səfərə getdi  |     17:51 Azərbaycandan İrana 20 məhkum ekstradisiya edildi  |     17:33 Koronavirusun “Hindistan” ştammı Türkiyəyə çatdı  |     17:11 Azərbaycanda iki uşaq qohumu tərəfindən zorakılığa məruz qalıb  |     16:52 Azərbaycanda son sutkada koronavirusdan 2 nəfər ölüb - FOTO  |     16:49 Azərbaycanda abituriyentlərin ən çox seçdiyi ixtisasların adları açıqlanıb - SİYAHI  |     16:45 Rusiya Qara dənizdə Britaniya gəmisinə atəş açdı  |     15:49 Lerikdə 6 tona yaxın narkotik maddə aşkarlandı  |     15:44 Azərbaycanda abituriyentlərin ən çox seçdiyi ixtisasların adları açıqlanıb - SİYAHI  |    

Mirşahin Ağayev Türkiyədə əməliyyat olundu – FOTO + VİDEO
ANS Şirkətlər Qrupunun vitse-prezidenti, telejurnalist Mirşahin Ağayev Türkiyədə əməliyyat olunub.

Median.Az xəbər verir ki, jurnalistin yaxınları musavat.com-a hazırda onun vəziyyətinin normal olduğunu bildiriblər.

“Mirşahinin səhhətində çoxdan problem var idi. Həkimlər yayda əməliyyat olunmağı tövsiyə etmişdilər. Lakin ANS-in bağlanması planları pozdu. Ona görə də əməliyyat gecikdi. Vəziyyəti ciddi olduğu üçün Türkiyəyə getməli olub”.

Jurnalistin özü ilə də əlaqə saxlamağa çalışdıq. O isə danışmaq istəmədiyini bildirərək, Mais Məmmədovla əlaqə saxlamağımızı tövsiyə etdi.

ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov açıqlamasında bildirdi ki, Mirşahin şənbə günü əməliyyat olunub: “Bəzi saytlar yalan yazırlar. Yaxşı ki, Mirşahinin Amerikaya, Trampın yanına qaçdığını yazmayıblar... Bunu da yaza bilərdilər. Mən bu yalan informasiyaların səbəbini bilmirəm. Biz açıqlama vermişik ki, yayılan informasiyalar şayiədir”.

M. Məmmədov onu da bildirdi ki, Mirşahin Ağayev mədəsindəki problemlə bağlı əməliyyat keçirib və hər hansı onkoloji xəstəliyi yoxdur: “Şükür Allaha, əməliyyat yaxşı keçib, uğurlu əməliyyat olub. İndi yavaş-yavaş özünə gəlir. Həkimlər nə vaxt icazə versə, ölkəyə qayıdacaq. Yəqin ki, 4-5 gün çəkər”.

Mais Məmmədov ANS-in yenidən fəaliyyətə başlayacağı ilə bağlı xəbərlərə də münasibət bildirdi: “Mən bilmirəm və dəqiq heç nə deyə bilmərəm. Hələ ki, mən bu şad xəbəri eşitməmişəm. Biz də çalışırıq, Allaha yalvarırıq, prezidentimizdən xahiş edirik ki, ANS yenidən fəaliyyətə başlasın. Baxaq, görək necə olacaq. İnanırıq ki, Allah üzümüzə baxacaq və bu şad xəbəri eşidəcəyik”.

Mirşahin Ağayev Türkiyədə əməliyyat olundu – FOTO + VİDEO
скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 884 22.11.16 16:44