Azərbaycanda xarici dillərdə reklamlara icazə verilir » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:32 Qazaxda avtomobil maneəyə çırpıldı, xəsarət alan var  |     22:28 Qəbələdə şəhid Bəhruz Abuşovun xatirəsi yad edilib  |     22:27 "Grand Chess Tour": Teymur Rəcəbovdan 3 heç-heçə  |     22:26 NRYTN: "WhatsApp" və "Instagram" platformalarına daxilolmada problem yaranıb  |     22:26 Oğuzda qadın sürücü on yaşlı uşağı vurub  |     22:25 Şuşada silah-sursat aşkar edilib  |     22:24 Şamaxıda heyvan kəsimi məntəqələrində reydlər keçirilib  |     22:23 FIFA Meksikanı cəzalandırdı  |     22:23 Azərbaycana gətirilən 1.2 ton hind quşu dərisi yararsız çıxdı  |     22:22 Yeni Zelandiyada tornado bir nəfərin həyatına son qoyub  |     22:21 Naxçıvanda Külək-Günəş Hibrid Elektrik Stansiyası istifadəyə verilib  |     21:55 "Dalga beach"da karantin qaydaları pozuldu (VİDEO)  |     21:47 Ermənistanda keçiriləcək parlament seçkilərində “sürprizlər”lər gözlənilir  |     21:43 "Barselona" niderlandlı hücumçunu transfer etdi  |     21:23 Səfir: "Azərbaycanla İranın tikdiyi körpü Şimal-Cənub dəhlizində mühüm yer tutur"  |     21:11 Gürcüstanda Hindistan ştammına yoluxanların sayı artıb  |     20:58 Moskvada pirotexnika anbarında güclü yanğın - VİDEO  |     20:40 Kürdə gənc qız batıb  |     20:26 AVRO-2020: Ronaldu Almaniyaya da qol vurdu - YENİLƏNİR  |     20:15 Naftalanda sanatoriyada istirahət edən kişi otağında ölü tapılıb  |    

Azərbaycanda xarici dillərdə reklamlara icazə verilir
Azərbaycanda reklam qurğularında və materiallarında dövlət dilindən başqa digər dillərdən də istifadəyə icazə verilir, bununla bağlı şərtlər müəyyənləşdirilir.

Median.Az xəbər verir ki, Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Azərbaycan Respublikasının dövlət dili haqqında” qanuna 7.1-1-ci maddənin əlavə edilməsi təklif olunur.

Layihəyə əsasən, reklamvericinin tələbinə əsasən reklam qurğularında yerləşdirilən reklamın mətnində Azərbaycan Respublikasının dövlət dili ilə yanaşı digər dillərdən istifadə oluna bilər. Bu halda xarici dildə olan mətn dövlət dilində olan mətndən sonra yerləşdirilməli, dövlət dilində olan mətnin tutduğu sahədən kiçik olmalı və reklamın yerləşdiyi ümumi sahənin üçdə birindən çox olmamalıdır. Mətndə digər dillərdə ifadə olunan əmtəə nişanı və coğrafi göstərici müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydə alındığı formada göstərilir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və noyabrın 29-da müzakirəyə çıxarılacaq.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 189 22.11.16 16:37