Sumqayıtda orta məktəbdə intihar – YENİLƏNİB » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:02 Cəlilabad meşələrində yanğın olub  |     22:57 Daha 1 erməni hərbçinin meyitinin qalıqları təhvil verildi  |     22:56 Çində 29 saata on mərtəbəli bina tikdilər (VİDEO)  |     22:54 Azərbaycanlı güləşçi 0:7 uduzduğu görüşdə erməniyə qalib gəlib, hərbi salam verdi - VİDEO  |     22:32 Qazaxda avtomobil maneəyə çırpıldı, xəsarət alan var  |     22:28 Qəbələdə şəhid Bəhruz Abuşovun xatirəsi yad edilib  |     22:27 "Grand Chess Tour": Teymur Rəcəbovdan 3 heç-heçə  |     22:26 NRYTN: "WhatsApp" və "Instagram" platformalarına daxilolmada problem yaranıb  |     22:26 Oğuzda qadın sürücü on yaşlı uşağı vurub  |     22:25 Şuşada silah-sursat aşkar edilib  |     22:24 Şamaxıda heyvan kəsimi məntəqələrində reydlər keçirilib  |     22:23 FIFA Meksikanı cəzalandırdı  |     22:23 Azərbaycana gətirilən 1.2 ton hind quşu dərisi yararsız çıxdı  |     22:22 Yeni Zelandiyada tornado bir nəfərin həyatına son qoyub  |     22:21 Naxçıvanda Külək-Günəş Hibrid Elektrik Stansiyası istifadəyə verilib  |     21:55 "Dalga beach"da karantin qaydaları pozuldu (VİDEO)  |     21:47 Ermənistanda keçiriləcək parlament seçkilərində “sürprizlər”lər gözlənilir  |     21:43 "Barselona" niderlandlı hücumçunu transfer etdi  |     21:23 Səfir: "Azərbaycanla İranın tikdiyi körpü Şimal-Cənub dəhlizində mühüm yer tutur"  |     21:11 Gürcüstanda Hindistan ştammına yoluxanların sayı artıb  |    

Sumqayıtda orta məktəbdə intihar – YENİLƏNİB
Median.Az xəbər verir ki, Trend-in məlumatına görə, noyabrın 21-də şəhərdəki 23 saylı orta məktəbin həyətindəki idman qurğusundan asılmış meyiti tapılan - əslən Neftçala rayonundan olan, 1965-ci il təvəllüdlü Cəfərov Rauf Əlisəf oğlu ailəsilə birlikdə Sumqayıtın 9-cu mikrorayonunda kirayədə yaşayıb.

3 övlad atası olan R.Cəfərov noyabrın 20-də gecə saatlarında evdən çıxıb və məktəbin həyətinə gələrək, orada özünü idman qurğusundan asaraq intihar edib.

Məlumata görə, R.Cəfərov Sumqayıt şəhər, 5-ci mikrorayondakı “İmplant” Estetik Klinikasında diş texniki işləyirmiş. İntiharın səbəbi kimi R.Cəfərovun külli miqdarda borcunun olması göstərilir. Məlumata əsasən, onun külli miqdarda borcu olub və son aylarda həmin borcları ödəyə bilməyib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

* * * * *

Sumqayıt şəhərində intihar hadisəsi baş verib.

Median.Az xəbər verir ki, bu barədə Trend-ə Sumqayıt şəhər Prokurorluğundan məlumat verilib.

Hadisə noyabrın 21-də şəhərdəki 23 saylı orta məktəbdə baş verib. 1965-ci il təvəllüdlü Cəfərov Rauf Əlisəf oğlu məktəbin həyətində özünü idman qurğusundan asaraq intihar edib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 161 22.11.16 16:34