Hökumətdən əhaliyə bəd xəbər: qiymətlər qalxır - Rəsmi » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:41 Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərdən gəlirlər azalıb  |     19:39 Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının tədbirində iştirak edir  |     19:37 Bu il Ceyhan limanından 92 milyon barel BTC nefti nəql edilib  |     19:34 Gürcüstanda Hindistan ştammına 18 yoluxma qeydə alınıb  |     19:33 Leyla Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib  |     19:31 Bakıdakı AVRO-2020-nin əməkdaşları Kristian Eriksenə dəstək oldu  |     19:30 ABŞ-da zavodda baş verən atışma nəticəsində iki nəfər ölüb  |     19:28 Türkiyə Prezidenti: "Şuşada konsulluq açacağıq"  |     19:26 Şenol Güneş: "Azərbaycanda özümüzü evimizdəki kimi hiss edirik"  |     19:24 ABŞ-da ziyafətdə atışma olub, 4 nəfər ölüb, 3-ü yaralanıb  |     19:22 Azərbaycanda aksiz vergilərinin mərhələli artırılması təklif edilir  |     19:00 Azərbaycanda istehlak bazarı cüzi kiçilib  |     18:57 DİN: “Zevs” ləqəbli şəxsin hərəkəti araşdırılır  |     18:55 Vyetnamda 6 nəfər yanğında ölüb  |     18:51 Ekvadorda məhbuslar arasında toqquşmalar olub, ölənlər və xəsarət alanlar var  |     18:44 “Spice Girls” 2007-ci ildən sonra ilk dəfə yeni mahnısını buraxacaq  |     18:43 ABŞ-da tibbi maska üstündə atışma olub, ölən və yaralananlar var  |     17:44 Azərbaycanda bir gündə koronavirusdan üç nəfər öldü - FOTO  |     17:05 Koçaryan Ermənistanda seçkilərdən sonra qarşıdurmaları istisna etmir  |     16:34 Aclıq və şəraitsizlikdən bezən hərbi qulluqçular Ermənistan ordusundan kütləvi şəkildə qaçır  |    

Hökumətdən əhaliyə bəd xəbər: qiymətlər qalxır - Rəsmi
Bu barədə azvision.az-a “Azəristiliktəchizat” ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev bildirib. ASC rəsmisi qeyd edib k, isti suyun dövlət tərəfindən tənzimlənən xidmətlərin siyahısından çıxarılması onun qiymətinin yenidən formalaşdırmasına imkan verəcək.

“İsti suyun qiyməti əhali üçün 1 kub metrə 40 qəpik müəyyənləşmişdi. May ayında soyuq suyun tarifləri müəyyənləşənə qədər biz soyuq suyu 1 manata alırdıq, qızdırıb 40 qəpiyə satırdıq. May ayında isə “Azərsu” ASC-nin müraciəti əsasında 1 kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 35 qəpik, digər inzibati ərazi vahidləri üzrə 30 qəpik müəyyənləşdi və bura kanalizasiya xidmətləri də əlavə edilir. Biz soyuq suyun qiymətini və onu qızdırmaq üçün sərf olunan xərcləri və cuzi də qurumun gəlirini qoyub qiymət müəyyənləşdirəcəyik”.

R.Əliyev qeyd edib ki, yaxın günlərdə isti suyun əhali üçün qiyməti müəyyənləşəcək. “Hələlik bunun üzərində iş gedir, hesablamalar aparılır, qiymət hökümətlə razılaşdırıldıqdan sonra ictimaiyyətə açıqlanacaq. Bu, istilik təhcizatının fəaliyyətinin sağlamlaşdırılmasına xidmət edəcək ki, idarə zərərlə işləməsin və tədricən gəlir gətirən təşkilata çevrilsin”.

Qeyd edək ki, Nazirlər Kabineti "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı"nda dəyişiklik edib.

Dəyişikliyə əsasən isti su qiymətləri dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısı çıxarılıb. Bu qərar 1 yanvar 2017-ci ildən qüvvəyə minəcək.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 999 22.11.16 14:22