İlham Əliyev ABŞ dövlət katibinin müşavirinin müavinini qəbul edib – YENİLƏNİB » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Biləsuvarda avtomobildən külli miqdarda heroin aşkarlandı  |     22:24 Lənkəranda ev yanıb  |     22:14 Əsəb xəstəsi olan qadın oğlunu öldürdü  |     21:57 Direktor vəzifəsinə işə qəbul üzrə imtahan texniki nasazlıqla əlaqədar təxirə salınıb  |     21:41 “Əgər yoluxma artarsa, SMS icazə bərpa edilməlidir” - AÇIQLAMA  |     21:19 Azərbaycan Türkiyə ilə birgə film və seriallar çəkəcək  |     21:04 “Alpin” əmtəə nişanlı 23,760 kiloqram sümüksüz dondurulmuş hind quşu məhsulu məhv edilib  |     20:47 Rusiyada kişi kürəkəninin qətlini sifariş verdi  |     19:13 39 yaşlı İbrahimoviç İsveç millisinə qayıdır  |     18:40 Tərtərdə oğurluq edən şəxslər ələ keçdilər  |     18:23 Ötən il edilən oğurluqların üstü açıldı  |     18:00 Agentlikdən xəbərdarlıq: Dalğanın hündürlüyü 7,5 metrə çata bilər  |     17:57 Azərbaycanda bu avtomobillər bahalaşacaq  |     17:56 “Oba” marketdə nöqsanlar aşkarlandı  |     17:54 DİN-dən 8 Martda aksiya keçirmək istəyən qadınlara - Xəbərdarlıq  |     17:53 Karxanada başına daş düşən fəhlə öldü  |     17:38 Azərbaycanda koronavirusa yoluxanların sayı artdı  |     17:36 Heydər Əliyev Sarayına yeni mətbuat katibi təyin olundu - FOTO  |     17:32 Cəbrayılın Papı kəndindən görüntülər - VİDEO  |     17:08 İtkin düşən iki yaşlı uşaq xilas edildi - FOTO  |    

İlham Əliyev ABŞ dövlət katibinin müşavirinin müavinini qəbul edib – YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini xanım Bridcet Brinki qəbul edib.

Dövlət başçısı xanım Bridcet Brinklə bu ilin yayında ikitərəfli münasibətlər, regional məsələlərlə bağlı apardıqları geniş müzakirələri xatırlayaraq ölkələrimiz arasında uğurlu əməkdaşlığın ABŞ-ın yeni administrasiyası ilə də davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

B. Brink isə ölkəsinin Azərbaycana, bütövlükdə regiona olan güclü dəstəyini qeyd edərək Birləşmiş Ştatların bu istiqamətdə uzun müddət ardıcıl siyasət həyata keçirdiyini vurğulayıb.

Görüşdə Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ətrafında geniş fikir mübadiləsi aparılıb.

* * * * *

Prezident İlham Əliyev noyabrın 22-də ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşavirinin müavini, xanım Bridcet Brinki qəbul edib.

Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 671 22.11.16 12:00