Ətin qiyməti ilə bağlı nazirlikdən açıqlama » Median.Az News Agency


Ətin qiyməti ilə bağlı nazirlikdən açıqlama
Bakı və bölgələrdə mal ətinin qiymətində bahalaşma müşahidə edilir. Sakinlərin bildirdiyinə görə, mal əti Bakının bəzi yerlərində 10 manata təklif olunur.

Median.Az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev AzVision.az-a bildirib ki, qiymətlər bazarda tələb və təklif əsasında formalaşıb.

“Bu ilin 9 ayında ölkədə iribuynuzlu heyvanların sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz artım var. Azalma müşahidə edilməyib. Heyvandarlığın inkişafı ilə əlaqədar “Avrolizinq”in xətti ilə yeni cins heyvanlar gətirilir.

Bu məqsədlə cari ilin 9 ayı ərzində ölkəyə 3255 baş iribuynuzlu damazlıq heyvan gətirilib, 50 faiz güzəştli lizinq yolu ilə fermerlərə verilib. Eyni zamanda ilin sonuna qədər 1500 baş cins xırdabuynuzlu heyvanların gətirilməsi nəzərdə tutulub”

Nazirlik rəsmisi vurğulayıb ki, qiymət artımı istehsalla bağlı deyil, mövsümü xarakter daşıyır. “Məhsulların qiymətində mövsümlə bağlı dəyişiklik müşahidə olunur. 10 gün bundan öncə yumurtanın qiymətində müəyyən qədər artım var idisə, bu həftə ucuzlaşma müşahidə olunur. Ümumiyyətlə, qiymətlər bazarda tələb-təklif əsasında tənzimlənir.

Qeyd edim ki, ölkədə ət istehsalı 9 ayda 341 min 303 ton olub, 1,6 milyon ton süd istehsal olunub. İstehsalda artım müşahidə olunur”.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 067 21.11.16 16:37