İlham Əliyev Donald Trampa zəng edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:50 “WhatsApp” ünsiyyəti daha təhlükəsiz etmək üçün yeni funksiyanı işə salır  |     12:44 Onlayn tədris proqramında yeni funksiya işə salınıb  |     12:44 Su qülləsi onu təmir etməyə gələn fəhlələrin üstünə aşdı - VİDEO  |     12:42 İsveçdə körpə ana bətnində ikən koronavirusa yoluxdu  |     12:22 Altı gündə qırx bir evə girib-çıxdı, iki yüz nəfəri koronavirusa yoluxdurdu  |     12:21 Yasamalda 81 yaşlı qocanı avtomobil vurdu  |     12:13 Azərbaycanda neçə nəfər peyvənd olunub? - RƏSMİ  |     11:56 Saxta koronavirus peyvəndlərinin istehsalı artıb - “Interpol” xəbərdarlıq etdi  |     11:49 Karatedə lisenziya turnirləri ləğv edilərsə, necə olacaq? - YENİLİK  |     11:40 Ağdamda minaya düşən vəzifəli şəxs Bakıya gətirilir - YENİLƏNİB  |     23:55 Avstraliya aviaşirkəti ünvansız uçuşlar həyata keçirəcək  |     23:41 Hər 4 nəfərdən biri bu xəstəlikdən əziyyət çəkəcək  |     23:30 Virus infeksiyasına qarşı yeni burun spreyi hazırlanıb  |     23:17 Portuqaliya - Azərbaycan oyunu “Yuventus”un stadionunda keçiriləcək  |     23:06 Paşinyanı snayperlər qoruyur - VİDEO  |     22:46 Azərbaycanda martın 8-də ictimai nəqliyyat işləməyəcək  |     22:18 İrana səfər qaydaları AÇIQLANDI  |     22:05 Lənkəranda oğul atasını bıçaqlayıb  |     21:49 Azərbaycanda vəfat edən insanlar əsasən bu yaşda olub  |     21:33 "Qarabağın bərpası üçün 1 milyard manat artıq paylanıb" - Millət vəkili hökumətin planlarını açıqladı  |    

İlham Əliyev Donald Trampa zəng edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampa telefonla zəng edib.

Bu barədə Prezidentin Mətbuat Xidmətin məlumat yayıb.

Dövlət başçısı Donald Trampı prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib, ona ali dövlətçilik fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, təhlükəsizlik, enerji təhlükəsizliyi və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrimizin daha da möhkəmləndirilməsi üçün çox böyük potensialın mövcud olduğunu qeyd edib.

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Donald Tramp qeyd edib ki, Prezident İlham Əliyev haqqında çox xoş sözlər eşidib və dövlətimizin başçısına fəaliyyətində uğurlar arzulayıb.

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Prezident İlham Əliyevdən Azərbaycan xalqına salamlarını və ən xoş arzularını çatdırmağı xahiş edib.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 439 17.11.16 20:16