Azərbaycan dünyanın ən yaxşı idman ölkələrinin reytinq siyahısında » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:56 Çempionlar Liqası: 4 oyunda 10 qol vuruldu  |     22:49 IMF gələn il üçün iqtisadi artım proqnozunu yüksəldib  |     22:29 Azərbaycan və İranın XİN başçıları bölgədəki son vəziyyəti müzakirə ediblər  |     22:16 Clubhouse-da dəvətnamə sistemi ləğv edilib  |     22:05 Bu vaksin Braziliya ştammına qarşı təsirsizdir - Araşdırma  |     22:00 Almaniyada partlayış zamanı onlarla insan xəsarət alıb, ölənlər var  |     21:51 Bitkoinin qiyməti 34 min dolları ötüb  |     21:45 Hər 10 nəfərdən 5-i toyda yoluxur - Həkim  |     21:33 Samuxda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var  |     21:20 Samuxda bıçaqlanma olub  |     21:07 "Neftçi"nin legioneri: "Olimpiakos"u yaxşı analiz etmişik"  |     20:42 Gəncədə iki nəfəri ildırım vurub  |     20:17 Bakıda bu restoran şortik geyinən kişiləri içəri buraxmır - FOTO  |     20:11 Gəncədə həyətyanı sahələri su basıb, elektrik enerjisinin verilişi dayandırılıb  |     20:06 ANAMA-nın Cəbrayılda minaya düşən əməkdaşı evə buraxıldı  |     19:55 Gürcüstanda koronavirusun “Delta+” ştammı tapıldı  |     19:52 17 mindən çox toy qeydiyyata alınıb  |     19:46 Təhsil İnstitutu narazı müəllimlərə müraciət edib  |     19:38 Kubanın Fransadakı səfirliyinə “molotov kokteyli” ilə hücum edilib  |     19:28 Masallıda COVID-19 pasportu olmayanlar toylara buraxılmayıb  |    

Azərbaycan dünyanın ən yaxşı idman ölkələrinin reytinq siyahısında
“Sport Market Intelligence” dünyanın ən yaxşı idman ölkələrinin və şəhərlərinin siyahısını açıqlayıb.

Median.Az
xəbər verir ki, Apasport.az saytı xəbər verir ki, ev sahibliyi etdiyi yarışların nüfuzu, səviyyəsi və təşkilatçılığına görə müəyyənləşən siyahıda Azərbaycan da yer alıb.

Belə ki, müxtəlif növlər üzrə möhtəşəm çempionatların, həmçinin “Formula-1” və Şahmat Olimpiadası kimi yarışların keçirildiyi Azərbaycan siyahıya daxil olan 86 ölkə arasında 33-cü yerdədir. 4 pillə irəliləyən ölkəmizin əmsalı 5406 xalla dəyərləndirilib. Müqayisə üçün bildirək ki, Ermənistanın düşmədiyi siyahıda Azərbaycan MDB ölkələri arasında ötən il olduğu kimi yenə 3-cü pillədədir.

Bizi yalnız ümumi siyahıda ikinci olan Rusiya (39145) və 29-cu pillədə qərar tutan Qazaxıstan (6469) qabaqlayır. Azərbaycan Belçika, Argentina, Yunanıstan, Ukrayna, Portuqaliya, Serbiya, kimi idman ölkələrini arxada qoyur.

İlk “üçlük”də də dəyişiklik olub. Ötən il 5-ci olan ABŞ (39262) bu dəfə liderliyi ələ alıb. Onları Rusiya ilə yanaşı, Kanada (35474) izləyir. Siyahıda 2 pillə geriləyən Türkiyə (11652) 20-ci yerə enib.

Şəhərlərin siyahısına isə bu dəfə London başçılıq edir. Böyük Britaniyanın paytaxtı 19549 xala malikdir. İlk “üçlük”də Rio-de-Janeyro (18240) və Tokio (17808) yer alıb. Azərbaycan paytaxtı Bakı 5283 xalla dünyanın 17-ci şəhəridir. Paytaxtımız 9 pillə irəliləməklə, böyük sıçrayışa nail olub. Bakı Minsk, Vankuver, Sankt-Peterburq, İstanbul, Barselona, Los-Anceles, Roma, Milan, Amsterdam və bir sıra aparıcı şəhərlərdən öndədir.

Bakı MDB məkanında Moskva, Kazan və Soçidən sonra 4-dür. İstanbul isə ümumi siyahıda 23-dür.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 572 16.11.16 17:13