Cüdoçumuz Avropa çempionu oldu » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:07 Lənkəranda avtomobil qəzadan sonra yanıb  |     22:56 Çempionlar Liqası: 4 oyunda 10 qol vuruldu  |     22:49 IMF gələn il üçün iqtisadi artım proqnozunu yüksəldib  |     22:29 Azərbaycan və İranın XİN başçıları bölgədəki son vəziyyəti müzakirə ediblər  |     22:16 Clubhouse-da dəvətnamə sistemi ləğv edilib  |     22:05 Bu vaksin Braziliya ştammına qarşı təsirsizdir - Araşdırma  |     22:00 Almaniyada partlayış zamanı onlarla insan xəsarət alıb, ölənlər var  |     21:51 Bitkoinin qiyməti 34 min dolları ötüb  |     21:45 Hər 10 nəfərdən 5-i toyda yoluxur - Həkim  |     21:33 Samuxda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var  |     21:20 Samuxda bıçaqlanma olub  |     21:07 "Neftçi"nin legioneri: "Olimpiakos"u yaxşı analiz etmişik"  |     20:42 Gəncədə iki nəfəri ildırım vurub  |     20:17 Bakıda bu restoran şortik geyinən kişiləri içəri buraxmır - FOTO  |     20:11 Gəncədə həyətyanı sahələri su basıb, elektrik enerjisinin verilişi dayandırılıb  |     20:06 ANAMA-nın Cəbrayılda minaya düşən əməkdaşı evə buraxıldı  |     19:55 Gürcüstanda koronavirusun “Delta+” ştammı tapıldı  |     19:52 17 mindən çox toy qeydiyyata alınıb  |     19:46 Təhsil İnstitutu narazı müəllimlərə müraciət edib  |     19:38 Kubanın Fransadakı səfirliyinə “molotov kokteyli” ilə hücum edilib  |    

Cüdoçumuz Avropa çempionu oldu
Bu gün İsrailin paytaxtı Tel-Əvivdə 23 yaşadək cüdoçular arasında Avropa çempionatı start götürüb.

Median.Az-ın Apasport.az-a istinadən məlumatına görə, ilk yarış günündə Azərbaycan millisinin 5 idmançısı nəyə qadir olduğunu göstərəcək.

Millimizin ən güclülərindən hesab olunan Hidayət Heydərov (73 kq) 1/16 finalda Çarilaos Hadjiadamou (Kipr) ilə qüvvəsini sınayaıb.

İdmançımız rəqibinə heç bir şans verməyib. 107 saniyəyə ipponla qalib gələn Heydərov 1/8 finalda belçikalı Lois Demierbe qarşılaşıb. O, bu rəqibini də vaxtından əvvəl tatamidən uzaqlaşdırıb. Hidayət 1/2 finala gedən yolda Akil Qyakova (Kosovo) ilə qüvvəsini sınayıb. Kosovalı cüdoçu da onu saxlaya bilməyib. Heydərov yenə ipponla qalib gəlməklə, yarımfinalda iştirak hüququ qazanıb. O, rusiyalı Ondar Sayanla döyüşüb. Həmyerlimiz şimal qonşumuza da gücünü göstərib və finala vəsiqə qazanıb.

Hidayət Heydərov (73 kq) həlledici görüşdə İsrail təmsilçisi Tohar Butbulla qarşılaşıb. Rəqibini ippon fəndi ilə məğlub edən gənc cüdoçumuz Avropa çempionu adını qazanıb.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 748 11.11.16 21:24