İnstagram profilinizə baxaraq, depressiyada olub-olmadığınızı anlayan yeni alqoritm - FOTOLAR » Median.Az - Bütün xəbərlər bir ünvanda


İnstagram profilinizə baxaraq, depressiyada olub-olmadığınızı anlayan yeni alqoritm - FOTOLAR
Ən çox istifadə etdiyiniz filtrlər Inkwell, Valencia və ya Lo-fi ola bilər? Əgər belədirsə, depressiyada olub-olmadığınız haqqında çox dəqiq bir fikir sahibi ola bilərik. Belə ki, tədqiqatçıların fikrinə görə, İnstagrama atdığınız fotolar və bu fotolarda istifadə etdiyiniz filtrlər depressiv əhvalda olub-olmadığınız mövzusunda düşündüyünüzdən daha çox məlumat verir.

Bəs bu necə baş verir?

İnstagram profilinizə baxaraq, depressiyada olub-olmadığınızı anlayan yeni alqoritm - FOTOLAR


İnstagrama yüklədiyiniz hər foto əslində xarici dünyaya, cəmiyyətə dair bir mesaj özündə ehtiva edir. Sosial medianın əsl məqsədi olaraq, tanıdığınız və tanımadığınız hər kəsə özünü xoşbəxt və uğurlu göstərmək kimi görünsə də, əslində yaxşı müşahidə qabiliyyəti ilə doğruları görmək də mümkündür. Bütün sosial media alətləri etdiyimiz hərəkətləri izləyərək də, bu məlumatları özündə saxlayır və əslində kim olduğunuzu, həqiqi maraqlarınızın nədən ibarət olduğunu və bir çox digər detalları hər kəsdən yaxşı bilir. Yəni sosial mediadakı hər hərəkətiniz əslində kim olmağınızla bağlı xeyli məlumat verir.

Harvard Universitetindən Andrew Reece və Vermont Universitetindən Chris Danforth adlı iki tədqiqatçının yaratdığı və ancaq İnstagram profilinizə baxaraq, bu əhvalınızı müəyyən edən alqoritm hal-hazırda 70%-ə qədər dəqiqlik dərəcəsinə sahibdir.

Depressiyada olan insanların ən çox istifadə etdiyi filtrlər var.

İnstagram profilinizə baxaraq, depressiyada olub-olmadığınızı anlayan yeni alqoritm - FOTOLAR


Araşdırmalar nəticəsində belə məlum olub ki, depressiyada olan insanların ən çox istifadə etdiyi filtr Inkwell, xoşbəxt insanların isə ən çox sevdikləri filtr Valencia imiş. İddialara görə, bu alqoritm gələcəkdə psixologiya sahəsində əhəmiyyətli bir yerə sahib ola bilər. Çünki müasir dövrdə bir insanın depressiyada olduğunu dərketmə ehtimalı 42 faiz olduğu halda, alqoritmdə bu göstərici 70 faizə qədərdir. Bu isə kifayət qədər yüksək göstəricidir.

(pahoo.az)скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 343 09.11.16 16:09