Məhbusların adını əfv siyahısına salmağa söz verib dələduzluq edən şəxsin məhkəməsi başlayıb » Median.Az - Bütün xəbərlər bir ünvanda


Məhbusların adını əfv siyahısına salmağa söz verib dələduzluq edən şəxsin məhkəməsi başlayıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ağa Sayilovun cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb.

Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

A. Sayilov ittiham aktı üzrə özünü qismən təqsirli bilib.

Məhkəmə prosesi noyabrın 16-da davam etdiriləcək.


Qeyd edək ki, A. Sayilov məhbusların yaxınlarına qarşı dələduzluqda ittiham olunur. İttihama görə, o, məhbusların adını Əfv Komissiyasının siyahısına daxil edəcəyini deyərək, bir neçə vətəndaşın pulunu mənimsəyib.

(apa.az)скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 482 07.11.16 14:48